Əliyev İskəndər-M raketinin Ermənistanın əlinə necə düşməsinin izahını istəyib
Azərbaycan hələ də İskəndər-M raketlərinin Ermənistanın əlinə necə düşməsi sualına rəsmi cavab ala bilməyib. Bunu Respublika Prezidenti İlham Əliyev Qarabağda Şuşa şəhərində tapılan İskəndər-M raketinin qırıntılarının da nümayiş olunduğu Hərbi Qənimət Parkının açılışında bəyan edib.
“Ermənistan bu raketləri haradan alıb (İskəndər-M, – redaktorun qeydləri). Onlarda bu raketlərdən olmamalı idi. Bu ölümcül silahın ermənilərin əlinə necə düşüb- sualına cavab istəyirik. İndiyə qədər bu suala cavab almamışıq, amma alacağıq “-deyə İnterfaks Əliyevin sözlərindən sitat gətirib.
Ölkə başçısının sözlərinə görə, bu raketlər Şuşa şəhərinə nəzarəti üzərinə götürdükdən sonra Azərbaycan hərbçilərinə qarşı istifadə edilib. O, Azərbaycanın bu məsələ ilə bağlı rəsmi açıqlama gözlədiyini vurğulayıb.
2017-ci ildə Ermənistan Müdafiə naziri Vigen Sarkisyan Rusiyanın 2016-cı ildə verdiyi İskəndər-M raket sistemlərinin Ermənistana məxsus olduğunu bildirmişdi. Həmin ilin sentyabr ayında ölkənin Müstəqillik Günü paradında İskındər-M nümayiş olunmüşdü. Ermənistan bu silahları Kolletktiv Təhlükəsizlik Müqabiləsi Təşkilatı (ODKB) çərçivəsində silah tədarükünə dair müqavilələr əsasında əldə edib.
Yenises.ru