6,7-67… Saymağa davam


Cəfər Sadıq müəllimin doğum gününə

Əslində bu yazını hər ikimizin təmsil olunduğu “Səmimi İnsanların Birliyi” WhatSaap qrupunda paylaşmışdım. Bilməyənlərin bilməsi üçün. Bu gün Onun 67-ci yaş günüdür. Dəyərli jurnalistimiz Cəfər Sadıq Abbasovu Doğum Günü münasibətilə bir də buradan təbrik etmək istədim.

“Səmimi İnsanlar birliyi” bilməz. Bilmir bəlkə də…İndi durub qapısını çalsanız… Günün-gecənin hansı vədəsində çəkinmədən qapısına döyə biləcəyiniz, üzünü turşutmadan, qaşını çatmadan gülərüzlə qarşılar Sizi. İnsan olmaq üçün bu yetməzmi?

Haqqında yazanda mən deyil, qələm ifrata varır. Çünki ifrata varacaq çox şeyə sahibdir.


Əslində tərifi sevir.😀Amma tərif olunacaq çox şeyləri gizlədir.
Bəlkə, yox, bəlkəsiz çox sadədir. Amma…
Bu ammanın əvvəlini və sonrasını dolduracaq xəzimə dəyərli xatirələr yaşadır sinəsində. Vaxt tapıb bir kağıza töksə… Bir vərəqləsəniz kimlərin, hansı nəhənglərin əlini sıxdığımı, sirrini paylaşdığını… Ağzınız açıq qalar. Qələm yenə ifratamı vardı?! ) Əsla!

Haqqında doğum günlərində çox yazmışam. Hər il təzələmək Nəsib olsun!

Nəsibi də ona görə böyük yazdım ki, 7 il əvvəl şair Nəsib Nəbioğlu ona Kəlbəcərdə bir qoç kəsməyi vəd etmişdi. (Xatırladım).


Birini də deyim keçim. Əslində deməyə çox şey var.

Məncə müsbət “ən” ləri həyatına tağ etdiyi, etketlədiyi içərisində sadəcə biri onun haqqında ifrata varmağıma bəraət qazandırmağa yetər!

Məncə deyim yenə. Ən qanlı davanı, çaxnaşmanı sakitləşdirmək kimi bir yetənəyi var. Onun sülhsevərliyi dünyanı qurtarar!

Səxavətindən, sədaqətindən danışmayacam. Allah Səadətli (nə gözəl təsadüf ki, həyat yoldaşının adı da Səadətdir) ömrünü uzun eləsin!

CƏFƏR müəllim, unutmadım. Doğum gününüz mübarək!

Tünzalə Vəliqızı, Moskva
21.04.2024

P.S. Bu gün qrup bir not düşə bilərdi: Tamınmış jurnalist Cəfər Sadıq Abbasovun doğum günüdür-deyə.

Təbrikləri sözün əsl mənasında mənə qardaşlıq edən bacısı olaraq qəbul edə bilərəm.

Fürsətdir, Özünə, Üzünə deyin!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir