Zirəddin Rzayev: 2024-cü ildə Rusiya-Ukrayna konflikti Rusiyanın qələbəsi ilə başa çatacaq
Tanınmış ekstrasens, klinik psixoloq, İctimai Palatanın üzvü Zirəddin Rzayev bu fikri Pravda.ru-nun «Nəzər nöqtəsi» proqramında Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyatla bağlı ona ünvanlamış suala cavab verərkən söyləyib.
Ekstrasens Ukrayna münaqişəsinin 2024-cü ildə tamamilə bitəcəyi proqnozunu daha əvvəlcədən verdiyini vurğulayıb. O, dediklərinə onu da əlavə edib ki, bu münaqişə Ukraynanın parçalanması ilə nəticələnəcək. Ukrayna bölünəcək. Amma bu bölünmənin detallarını açıqlamayıb.
İsrail-Fələstin münaqişəsinə də toxunan Z.Rzayev acı da olsa, İsrailin bu savaşı udacağını-deyib. Yəhudilər arasında çox sayda dostları olduğunu bildirən Z.Razyev, İsrailin Fələstinə qarşı törətdiyi qətllərin Tanrı qatında cavabsız qalmayacağına da inandığını söyləyib.
Zirəddin Rzayev «Nəzər nöqtəsi» proqramında miqrantlara münasibət, demoqrafik siyasət, abortun qadağan olunması, seçkilər və bu kimi digər suallara da aydınlıq gətirib.
Proqramda 2024-cü ildən sonra iki prezidentin səhhətindəki problemlərin artacağından da danışıb.
2024-25-ci illər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 2025-26-cı illər isə Rusiya prezidenti Vladimir Putin üçün səhhəti baxımından təhlükəli illər sayıla bilər. Ona görə hər iki prezidentin səhhətinə daha artıq diqqət etməsini tövsiyyə edib.
Müsahibəsinin sonunda 2024-cü ilin Rusiya üçün bərpa ili olacağı proqnozunu verən ekstrasens ötən ili belə dəyərləndirib.
“2023-cü il bizlərə çox şeyləri öyrətdi. Özümüzün zəif tərəflərimizi aşkar etdik. İstehsalın müxtəlif sahələrində boşluqları gördük. 2024-cü il bizim üçün bərpa ili olacaq”.
Tünzalə Vəliqızı,
Yenises.ru