«Vətən» Şeir Müsabiqəsinin bitməsinə sayılı günlər qaldı


Xəbər verdiyimiz kimi  Moskvada noyabrın 15-də  Dünya Azərbaycanlılarnın Həmrəyliyi günü münasibətilə Azərbaycan Mədəniyyətinin İnkişafı Fondu (AMİF) və Yenises.ru informasiyta portalının birgə layihəsi olan «Vətən» Şeir Müsabiqəsinə start verilmişdi. Artıq müsabiqənin bitməsinə bir həftədən də az vaxt qalıb. Bu günə kimi müsabiqəyə dünyanın bir çox yerlərində yaşayan 200-ə yaxın soydaşımız və digər millətlərin nümayəndələri  yüzlərlə şeir göndəriblər. Onların arasından müsabiqəyə layiq görülən şeirlər seçilib və münsiflərimiz tərəfindən mütamədi olaraq  onlayn müzakirəsi aparılıb. Bundan əlavə, iki dəfə canlı toplantı keçirilib və bu toplantı videolentə  alınıb.  

Onu da qeyd etməyi özümə borc bilirəm ki, müsabiqə başlayanda  münsiflərin adının açıqlanmasını bizə irad tutanlar  olmuşdu. 

Müsabiqədə seçim 3 mərhələdə olacaq. Seçilən şeirlər içərisindən 20 müəllifi şeiri yarımfinalda qalacaq. 20 şeirlərdən ilk onluğa düşənlər gizli səsvermə ilə seçiləcək. Və Yekunda 10 müəllifin şeiri içərisindən 5-i  galib elan ediləcək. 

Münsiflərin adlarının açıqlanması qərarı  müsabiqənin şəffaf keçirilməsindən dolayı atılan addım idi. Keçən 24-25 gün ərzində hər bir münsif  boynuna düşən işin məsuliyyətini dərk edərək gecə-gündüz çalışdı və çalışmağa da davam  edir.

Müsabiqəyə şeir qəbulu dekabrın 15-də bitəcək.

 Qaliblərin adı  əvvəldən planlaşdırıldığı kimi  dekabr ayının  28-də deyil, 22-də elan ediləcək. Proqramda bu dəyişikliyə səbəb isə  Moskva şəhərində dekarın son iki həftəsind intensiv keçiriləcək  təbdirlər və şənliklərdir. 

Qaliblərin adının açıklanması və Mükafatlandırma mərasimi təntənəli şəkildə Kovorkinq mərkəzində olacaq. Bu barədə əlavə məlumat verəcəyik. 

Təşkilat kömitəsi adından Tünzalə Vəliqızı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir