Putin cinayətkar miqrantla qarşı sərt addım atılmasını istədi
Bu tələblə Rusiya prezidenti Putin müdafiə, hüquq-mühafizə və xarici siyasət məsələləri ilə bağlı yığıncaqda çıxış edib. Ölkə başçısı bəyan edib ki, Rusiyaya əmək miqrantları lazimdir, lakin onlar rus dilini bilməli və qanunalara əməl etməlidirlər.
“Biz xarici ixtisaslaşmış mütəxəssisləri tələb hiss edilən sektorlara-sənaye, inşaat, mənzil-kommunal təsərrüfatı, aqrar-sənaye kompleksinə işə cəlb etməyə maraqlıyıq. Amma bu adamlar Rusiya həyatına uyğunlaşmalı, rus dilini, tariximizi, qanunun əsaslarını bilməli və bizim adətlərimizə hörmətlə yanaşmalıdırlar”-deyə qeyd edib V. Putin.
Bundan başqa Putin hüquq mühafizə orqanlarının milli və dini ekstremizmə qarşı mübarizə məsələsində əsas olan nöqtəyə də toxunub.
“Etnik prinsiplərlə formalaşmış mütəşəkkil cinayətkar qrupların qarşısını sərt addımlara kəsmək lazımıdr. Bu təkcə DİN-nin deyil, bütün hüquq mühafizə və xüsusi xidmət orqanlarının vəzifəsidir ”-deyib, o.
/Yenises.ru/