Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir


Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

“Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır””-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

“”Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır””-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında “”Bura Ermənistandır””-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir