Dövlət Dumasından homoseksualizmi yaymağa görə milyon rubla kimi cərimə


Dövlət Dumasından  homoseksualizmi yaymağa görə milyon rubla kimi cərimə
Fransa homoseksuallara evlənməyə icazə verir, Rusiya təbliğ edənə cəza kəsir

Dölət Duması homoseksualizmin təblig edənə inzibati cavabdehliyə görə bir milyon rubla yaxın cərimə tələb edən qanunu ikinci və üçüncü oxunuşdan sonra qəbul edib.
2012-ci ilin mart ayında Dövlət Dumasına təqdim edilmiş bu qanun layihəsi 2013-cü ilin 25 yanvarında birinci oxunuşda qəbul edilmişdir.

Uşaqlar arasında ənənəvi olmayan seksual münasibətləri yaymağa görə 4 min rubldan 5 minə , vəzifəli şəxslər üçün 40 min rubldan 50 minə, hüquqi şəxslər üçün isə 800 min rubldan bir milyona kimi cərimə müəyyən edilmişdir. Hətta qanunu pomaya görə hüquqi şəxsin fəaliyyəti 90 sutka dayandırıla bilər.

Daha sərt cəza isə bu təbliğatın KİV və ya internet yolu ilə yayılmasına görə olacaq. Vətəndaş üçün cərimə 50 min rubldan 100 minə , vəzifəli şəxs üçün 100 min rubldan 200 minə rubla qədər təşkil edəcək. Hüquqi şəxs isə bir milyon rublla və ya 90 sutka fəaliyyətinin dayandırılması ilə cəzalandırılacaq.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir