Putin-63 “Ad günü”nü adi gün kimi qarşılayan prezident
Dünya siyasətinin durumu “buz kimi soyuq” və “sürüşkən” müstəviyə daşındığı bir vaxtda Putinin “Dogum günü”nü xokkey meydançasında oyuna çıxaraq qeyd edəcəyi xəbəri Ceyms Olduricin “Diplomat” əsərindəki bu sözləri təsdiqlədir. “Ruslar hətta zarafat edəndə belə siyasəti unutmurlar”…
Vladimir Putin 63 yaşıını Soçidəki Olimpiada parkında Gecə Xokkey Liqasında xokkey oynayaraq keçirecek. Prezidentin mətbuat katibi Dmitri Peskov şefinin ad günü ilə bağlı qrafikini açıqlamasa da, onun həmin gün istirahət götürməyəcəyini kəskinliklə qeyd edib. “İzvestiya” qəzetinə təşkilat komitəsindən daxil olan xəbərə görə isə Rusiya dövlət başçısı oktyabrın 7-də-bu gün axşam Gecə Xokkey Liqasında tanınmış isimlərin də iştirakı ilə xokkey oynayacaq. Gecə Xokkey Liqasının mətbuat katibi Dmitri Nesterov oyunda Vladimir Maşkın (qapıçı), Vyaçeslav Fetisov, Aleksey Kasatonov, Yuri Lapkin, İrek Gimayev, Pavel Bure, Aleksandr və Vladimir Qolikov qardaşları, Aleksandr Kojevnikov, Viktor Şalimov, Sergey Makarov, Andrey Kovalenko, Aleksandr Moqilnının iştirak edəcəklərini deyib.
Deyilənlərə görə prezidentlə buz üsünə Moskva əyalətinin qubernatoru Andrey Vorobyev, Tatarıstan rəhbəri Rüstəm Minnixanov, RF müdafiə naziri Sergey Şoyqu, Arkadi və Boris Rottenberq biznesmen qardaşları da çıxacaqlar.
İki dəfə olimpiya çempionu Vyaçeslav Fetisov komandanın prezidentə hədiyyə hazırladıqlarını bildirib. -Bu bütün dünya xokkey ulduzlarının hədiyyəsidir. Düşünürəm ki, bu onu sevindirəcək.Putin-63 “Ad günü”nü adi gün kimi qarşılayan prezident
“İz vestiya” ilə söhbətində məşhür xokkeyçi prezidentin gözəl fiziki formada olduğunu da xüsusi vurğulayıb. Onun sözlərinə görə hərdən prezidentlə məşqlərdə onlar saat yarım fasiləsiz oynayırlar və heç bir yorğunluq hiss etmirlər.
—Ən əsası Vladimir Putinlə xokkey oynamaq adama böyük həzz verir, onunla hisslərimizi bölüşə bilirik. O, uşaqlıqdan xokkey oynamaqla məşğul olsaydı, çox professional şəkildə oynardı, çünki onda heç də hamıya nəsib olmayan oyunu duyma qabiliyyəti var-deyə Vyaçeslav Fetisov inamla qeyd edib.
Yeri gəlmişkən, Putin adətən ad günlərində də işləyir. Bir il əvvəl 62 yaşı olanda ilk dəfə prezident istirahət götürüb ad gününü Tayqada ən yaxın yaşayış məntəqəsinin 300 kilometrliyində qeyd eləmişdi.
61 yaşı tamam olanda isə Putin Bali Sammitində idi. O zaman onu ilk olaraq İndoneziyanın dövlət başçısı Susilo Bamanq Yudoyno təbrik etmişdi. Sammit iştirakçılarının görüşü zamanı indoneziyalı həmkarı gitarasını çıxarıb “Happy Birthday To You”- “Ad günün mübarək!” mahnısını oxumuşdu.
60 illiyini Sankt -Peterburqda qohumları və yaxın dostları arasında qarşılamışdı. Ad günü bazar gününə təsadüf etdiyindən heç bir iş görüşməsi də olmadığı üçün yubiley yaşını ictimai təntənədən uzaq ailə arasında keçirmişdi
/Yenises.ru/