Hüququ qorunmayan futbol klublarımız
Azərbaycanda futbol üzrə növbəti çempionatın oyunları artıq başa çatıb. Şempionatın qurtarmasına iki tur qalmış “Neftçi” keçən ilki şempionluğunu qoruyub saxlaya bildi. Elə fikirləşirəm ki, “Neftçi” şempionatda göstərdiyi sabit oyunu ilə buna layiq idi. Komandaya Avropa turnirində uğur arzulayıram. Çempionumuz qələbələri ilə bütün Azərbaycan futbol azarkeşlərini sevindirsin.
Avropaya vəsiqə alan ikinci və üçüncü yerlərin sahibi yalnız axırıncı turda məlum oldu. Bu yerlərə “Xəzər-Lənkəran” və “İnter” klubları sahib çıxdılar. “Bakı” komandası Azərbaycan kubokunun finalında çox yaxşı oyun göstərərək, ölkə çempionunu məğlub etdi.
Amma çox təəssüf ki, keçən il Avropa kuboklarında ən uğurlu çıxış edən komandamız “Qarabag” bu siyahıda yoxdur. Gənc və perespektivli məşqçimiz Qurban Qurbanovun “Qarabağ” komandasının başqa komandalardan fərli olaraq qələbələri çoxdur! “Qarabag”in üçlüyə düşməsini faciıələşdirmək lazım deyil. Yeni mövsümdə Qurban Qurbanov bu ilki səhvləri nəzərə alıb komandanı yeni səviyyəyə çıxardacaq.
Şempionatda ikinci yerdə qərarlaşan “Xəzər-Lənkəran” keçən ilki mövsümlə müqayisədə Azərbaycan kubokunu itirdi. Komandada üç dəfə məşqçi dəyişikliyini nəzərə alsaq, komandanın bu ilki nəticəsi pis deyil. Lakin təəssüflə qeyd edək ki, “Xəzər-Lənkəran” Avropada yaxşı oyun nümayiş etdirə bilmir. Azarkeşlər bu ilki oyunlarda “Xəzər-Lənkəran”dan yalnız qələbələr gözləyirlər. Komanda nəyə qadir olduğunu artıq Avropada göstərməlidir.
Bu il Azərbaycan futbolunda “Xəzər-Lənkəran”ın iştirakı ilə qalmaqallı hadisə yaşandı. Bu hadisə komandaların turnir vəziyyətindəki yerində də öz təsirini göstərdi. Legioner oyunçunun əmək haqqını vaxtında ödəməyən komandadan FİFA 6 xal aldı və sonra onu geriyə qaytardı. Hadisə ilə əlaqədar maraqlı və azarkeşləri təəccübləndirən vəziyyət yarandı. “Xəzər-Lənkəran” komandasından 6 xal silinməsini eşidən bir çox futbolçularımız, məşqçilərimiz, futbol məmurlarımız guya komandanı müdafiəyə qalxdılar. “Xəzər-Lənkəran” futbol klubu beynəlxalq idman arbitraj məhkəməsində FİFA-nın kluba qarşı haqsız qərar qəbul etdiyini sübut etdi. “Xəzər-Lənkəran” təzədən öz tütdüğü ikinci yerə qalxdı. Sonradan qəribə hal yaşandı, “Xəzər-Lənkəran”ın xal itkisinə heyfislənənlər komandaya 6 xal geri qaytarılanda FİFA-in bu qərarının düzgün olmadığını söylədilər. Bu hadisə turnir cədvəlində “Xəzər-Lənkəran”la qonşuluqda yer alan komandalar arasında arxayınlıq yaratdı. Ola bilsin məhz bu arxayınçılıq “Qarabağ” klubunun dalbadal bir neçə oyunda məğlubiyyətinə səbəb oldu.
Bəlkə çoxlarını “Xəzər-Lənkəran”ın Avropa Kuboku oyunlarından uzaqlaşdırılacağı xəbəri sevindirmişdi. AFFA-nın tutduğu mövqe ümumiyyətlə anlaşılmaz oldu. Bu qurum nədənsə öz komandasının müdafiəsinə qalxmadı. AFFA FİFA-nın qərarının düzgün olmamasını sübut etməkdənsə, o qərarla dərhal razılaşıb, komandanın cədvəldə 6 xalını sildirdi.
Ölkə daxilində Azərbaycan futbol komandalarının hesabına yaşayan bu qurum beynəlxalq arenada öz komandasını müdafiə etməyi bacarmadı. Problemli günlərdə komandalarını beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarla üz-üzə qoyan AFFA-nın munasibəti başa düşülən deyil.
Əlbəttə, “Xəzər-Lənkəran” komandasınn bu vəziyyətə düşməsinin əsas günahkarı ilk növbədə klubun özüdür. “Xəzər-Lənkəran” və digər Azərbaycan futbol klubları beynəlxalq futbol qaydalarını bilmirlər. Ya da bilib əməl etmək istəmirlər. Nəticədə arzuolunmaz cərimələrə məruz qalırlar. Səhvə yol vermələrinə baxmayaraq “Xəzər-Lənkəran” futbol klubunun əməkdaşları operativ hərəkət edərək təkcə özlərinin deyil, Azərbaycan futbolunun və AFFA-nın beynəlxalq aləmdə şərəfini qorudular.
Belə hadisələrdən sonra komandalarımız daha diqqətli olmalı, FİFA-nın qəbul etdiyi qərarları bilməli və ona riayət etməlidirlər.
Bütün bunlara baxmayaraq, Azərbaycan futbol çempionatına ildən-ilə maraq artır. Ölkə çempionatında komandalarımız pis oyun nümayiş etdirmirlər. Amma azarkeşlərimizi komandalarımızın Avropadakı uğurları daha çox maraqlandırır.
Təəssüf olsun ki, hələlik beynəlxalq arenada heç bir müvəffəqiyyəti yoxdur.
Namiq Əzimov “İnter-advokat”” vəkillər kollegiyasının sədri“