İstanbulda terror törədən suriyalıdır
Bu gün səhər İstanbulun tarixi Sultanəhməd meydanında partlayış baş verib. Partlayış nəticəsində 10 nəfərin oldüyü, 15 nəfərin isə yaralandığı bildirilir.
Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul meydanında baş verən partlayışı suriyalı canlı bombanın törətdiyini bəyan edib. Kimliyi təsbit edilən terrorçunun 1988-ci il dogumlu suriyalı olduğu məlum olub. O da xəbər verilir ki, baş verən terrorda həlak olanlar və yaralananlar arasında xarici turistlərlər var.
Yaralananlardan altı nəfəri Almaniya, bir nəfəri Norveç və bir nəfəri də Peru vətəndaşıdır.
/Yenises.ru/