Moskvada bazar yandı


Moskvada  bazar yandı

Paytaxtın fövqəladə hallar nazirliyindən verilən məlumata görə Moskvanın cənubundakı Moskvoretsk bazarında böyük yanğın baş verib.

Yanğın bazar ərazisində Simferopol bulvarı, ev 13-də yerləşən yağlı boyalar satılan ikimərtəbəli bağlı köşklərdə başlayıb.

Yanğının 600-800 kvadratmetr sahəni əhatə edib. Xəsarət alanın olmadığı bildirilir.
Yangınsödürənlərə Moskvoretsk bazarındakı yanğının yayılmasının qarşısını Moskva vaxtı ilə 21:15-də almaq mümkün olub.

Ria Novosti –nin məlumatında yanğının 400 kvadratmetr sahəni əhatə etdiyini və xəsarət alanın olmadığı xəbər verilir. Yanğının nə qədər maddi ziyan vurduğu haqqında isə hələik məlumat yoxdur.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir