Kreml Surkovun istefası ilə bağlı xəbəri şaiyə hesab edir


Kreml Surkovun istefası ilə bağlı xəbəri şaiyə hesab edir
Politoloq Aleksey Çesnakovun Vladislav Surkovun dövlət qulluğundan istefa etdiyi barədə verdiyi xəbəri RF prezidentinin mətbuat katibi Dmitri Peskov təkzib etdi.

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov prezident köməkçisi Vladislav Surkovun istefası barədə xəbərlərə cavab verib. Peskov TASS-a bildirib ki, Surkovun istefası barədə hər hansı bir qərar yoxdur. O, prezident köməkçisinin istefası haqda məlumatının olmadığını da vurğulayıb.

Peskov Surkovun vəzifəsindən getməsinə səbəb olduğu iddia edilən səbəbi də şərh edib. Rusiyanın Ukraynaya münasibətdə siyasətini dəyişdirməsi barədə məlumatl yayılıb. Peskov qeyd edib ki, bu məlumat yalnız bu barədə danışan şəxsin fikridir və reallıqdan uzaqdır.

Daha əvvəl İnternetdə Vladislav Surkovun istefaya qərar verdiyinə dair məlumat yayılıb. Bu barədə politoloq Aleksey Çesnakov məlumat verib.

YENİSES.RU


Bir cavab yazın