“Mən Sizi prezident seçən ölkəyə bu dərəcədə tüpürəcəyinizə inanmıram!”


“Mən Sizi prezident seçən ölkəyə bu dərəcədə  tüpürəcəyinizə   inanmıram!”

“Maşina vremeni” qrupunun lideri tanınmış musiqiçi Andrey Makareviç Rusiya prezidenti Putina yazdğı açıq məktubunda “Mən sizi prezident seçən bu ölkəyə bu dərəcədə tüpürəcəyinizə inanmıram!”-deyə yazıb.

Musiqiçi məktubunda ölkədə korrupsiyanın əl-qol açıb belə sərbəst gəzməsindən şikayət edərək məhkəmələrin satılıq olduğunu qeyd edib.

Makareviç korrupsiyanın artması və sitemdəki “dolandırma”dan hamının xəbəri olduğu halda susduğunu qeyd edərək, “bunu dolandırma sistemidən bəhrələnənlər bilir və susur, digərləri isə qorxur”-deyə yazır. Onun sözlərinə görə korrupsiyaya etiraz edənlər isə məhkəmələrə müraciət etmirlər, çünki “uyğunszları cəzalandırma aparatı ” , ya da “ şikayətçilərdən pul qəbul edən aparat” olduğunu bilirlər.

Məktununda “Maşina vremeni” qrupunun lideri əgər situasiyaya müdaxilə edilməzsə, yaxın vaxtlarda bunun fəlakətə gətirib çıxaracağından əminliyini də dilə gətirib. O Putnini şəxsən “ölkəninin həyatında ciddi dəyişiklər etməyə ” çağırıb.

Andrey Makareviç : “Mən Sizi prezident seçən ölkəyə bu dərəcədə də tüpürəcəyinizə inanmıram”-deyə məktubunda xüsusi qeyd edib.

Onu da qeyd edək ki, musiqiçi Rusiyanın siyasi həyatında dəfələrlə iştirak edib, prezident seçkiləri kompaniyasında milyonçu Proxorovun etibarlı adamı olub.

“Putinə görə bütün müxalifətçilər “xalq düşmənidir””- ifadəsi də ona məxsusdur.

/Yenises.ru/


Bir cavab yazın