DNR və LNR-in tanınmasına bu gün qərar veriləcək


Rusiya prezidenti Valdimir Putin  özünü müstəqilliyini elan etmiş Donetsk və Luqansk xalq respublikalarının tanınması qərarının bu gün veriləcəyini  bəyan edib. O, qərarını Rusiya Təhlükəsizlik şurasının bugünkü iclasının sonunda  söyləyib.

Yığıncaq zamanı Putin Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Dövlət Duması və Federasiya Şurasının sədrləri Vyaçeslav Volodin və Valentina Matvienko, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin, Milli Qvardiyanın rəisi Viktor Zolotovun, Baş nazir Mixail Mişustinin və digər şəxslərin fikirlərini dinləyib.

Onların hamısı DNR və LNR-nin müstəqilliyinin tanınmasının lehinə çıxış etdilər.

“Fikirləriniz dinlənildi. Qərar bu gün veriləcək”, – deyə Putin Təhlükəsizlik Şurasının iclasının sonunda bildirib.

Fevralın 15-də Dövlət Duması  DNR və LNR-nin müstəqilliyinin tanınması xahişi ilə Rusiya prezidentinə müraciətlə bağlı qərar layihəsini qəbul edib. Bundan sonra Putin bildirib ki, Rusiya Minsk razılaşmaları çərçivəsində “Donbass problemlərini həll etmək üçün hər şeyi etməlidir”. Kreml Ukraynanın şərqindəki respublikaların müstəqilliyinin tanınmasının bu razılaşmalara zidd olduğunu bildirib.

Fevralın 18-də Ukraynanın şərqində gərginlik başladı, özünün müstəqlliyini  elan edən Donetsk və Luqansk rəhbərləri Ukraynanın Donbasa silahlı hücuma hazırlaşdığına görə yerli sakinlərin Rusiyaya təxliyə edildiyini bəyan etdilər.

Xatırladaq ki, Təhlükəsizlik Şurasının iclası başlamazdan əvvəl respublikaların rəhbərləri DNR və LNR-nin müstəqilliyinin tanınması xahişi ilə Putinə müraciət ediblər. 

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir