Rusiya Türkiyə istiqamətindəki uçuşlara qoyduğu məhdudiyyəti uzadacaq
İyunun 1-dən Türkiyəyə təyyarə reyslərinə qoyulan məhdudiyyətin uzadılacağı gözlənilir. Uçuşlar yenə əvvəlki rejimdə-məhdudiyyətlə həyata keçirilməyə davam edəcək. Bu haqa TASS agentliyinə koronavirusa qarşı mübarizə operativ qərargahına yaxın olan iki mənbə məlumat verib.
TASS-a danışan mənbə “Türkiyəyə uçuşlara qoyulan məhdudiyyət uzadıldı”-deyə bildirib. Hazırkı uçuş məhdudiyyəti qərarı iyunun 1-nə kimi qüvvədədir.
Rusiya koronavirusun artamasına görə aprelin 15-dən iyunun 1-nə kimi Türkiyə istiqamətində sərnişin təyyarəsi reyslərinn sayını həftədə iki dəfə olmaqla azaltmışdı. Bu reysləri “Aeroflot” və “Turkish Airlines” hava nəqliyyatı şirkətləri həyata keçirir. Həmçinin Tanzaniya istiqamətindəki reyslər də dayandırılmışdı.
Yenises.ru