Serbiya “Türk axını”” kəmərinin onun ərazisindən keçməsini istəmir”


Serbiya "Türk axını" kəmərinin onun ərazisindən keçməsini istəmir
Serbiya hesab edir ki, “Türk axını”” kəmərinin onun ərazisinə qədər uzanan hissəsinin tikintisini mümkün deyil.

Serbiya “”Türk axını”” boru kəmərinin öz ərazisindən keçməsinə izin verməməyə hazırlaşır. Bu haqda “”İnterfaks”” agentliyinə müsahibəsində Serbiya prezidenti Tomislav Nikoliç bildirib.

“”Mən düşünürəm ki, “”Türk axını””nın (Serbiya ərazisində) reallaşması mümkün deyil, çünki biz bu istiqamətdə qaz almayacağıq”” -deyə dövlət başçısı bəyan edib.


Bundan əvvəl Rusiyanın “”Türk axını”” tikintisi üçün Yunanıstana pul ödəyəcəyi məlum olmuşdu. O da xəbər verilimişdi ki, “”Türk axını”” 2016-cı ilin dekabrında fəaliyyətə başlayacaq.

/Yenises.ru/


Bir cavab yazın