Türk aktyoru Burak Özçivit Rusiya ilə ortaq serial çəkməyi təklif edib
Türkiyə və Rusiya birgə serial yaratmalıdır. Bunu bazar günü, martın 3-də türkiyəli aktyor, “Möhtəşəm Yüzyıl” və “Kara Sevda” seriallarının ulduzu Burak Özçivit Siriusda Dünya Gənclik Festivalının iştirakçıları ilə söhbəti zamanı dilə gətirib.
“Mənə elə gəlir ki, biz artıq birgə seriallar çəkməyə başlamalıyıq. Siz bizim ən yaxın qonşumuz, ən yaxın coğrafi qonşumuzsunuz. Düşünürəm ki, mehriban qonşuluq həyatımızda ola biləcək ən vacib şeydir”, – deyə aktyor bildirib.
Özçivit qeyd edib ki, Türkiyə Rusiyada ilk serialı çəkə bilsə, “o zaman bu bir axına dönəcək”.
O, -“Birlikdə çox film çəkəcəyik, çünki bir-birimizi hiss edəcəyik”- deyib.
Özçivit onu da vurğulayıb ki, dünyanın hər yerindən çoxlu sayda gəncin iştirak edəcəyini biləndə belə genişmiqyaslı tədbirə gəlməyə tərəddüd etmədən razılıq verib.
Yakutiyadan olan bir gəncin xanımın sualını cavablandırarkən, sevilən aktyor, sizin o yerlərin çox soyuq olduğunu bilirəm, amma ora səfər edəcəyini də vəd edib.
Xatırladaq ki, türk seriallarının ulduzu sonuncu dəfə fevralın sonunda Türk seriallarının musiqisi” film-konsertində iştirak etmək üçün Rusiyada səfərdə olmuşdu.
Türk seriallarının rusiyalı pərəstişkarları Burak Özçiviti “Muhteşem Yüzyıl” tarixi serialında xarizmatik Osmanlı sərkərdəsi Malkoçoğlu Bali bəyi canlandırdığı vaxtdan tanıyır. O, “Kara Sevda” melodramındakı baş rolu sayəsində populyarlıq zirvəsinə çatıb.
Ümumdünya Gənclər Festivalı martın 1-dən 7-dək Sirius federal ərazisində (Soçi) keçirilir. Burada 180 ölkədən 14-35 yaş arası gənclər iştirak edir. 50-dən çox tədbir planlaşdırılır.
Yenises.ru