Zelenski NATO Və AB-də Ukraynanı qonaq kimi görmək istəmir
Zelenski Avropa Birliyindən konkret olaraq, onlara qarşı hansı münasibətdə olduğunu bilmək istəyir. Ya qeyd-şərtsiz bizi üzv edəcəksiniz, ya da…
Ukraynanı hazırda şərtsiz NATO və AB sıralarına qəbul etmək onun subyektiv varlığını təmin edər-deyə Vladimir Zelenski bəyan edib. O öz ölkəsinə başqalarıyla bərabər münasibət gözləyir.
Ukrayna Avropa Birliyinin tərkibinə daxil olmalı və NATO Üzvülük Fəaliyyəti Planını almalı, bu təşkilatlarda qonaq kimi deyil, özününkü kimi hiss etməlidir. Ukryana prezidenti bu sözləri Fransaya səfərində Emmanuel Makronla danışıqlar zamanı “Le Fiqaro” qəzetinə müsahibəsində dilə gətirib.
“Mən indi nə gözləyirəm? Mən çox istərdim ki, Avropada Ukraynanı necə qiymətləndirdikləri haqda yüz faizli düşüncələri olsun. Əgər Ukraynanı Avropa Birliyində görmək istəyirlərsə, bunu açıq bildirməlidirlər. Yoxsa gələcəkədə Ukrayna birinci, iknci, üçüncü, dördüncü, beşini, altıncı.. və s. nələri edəndən sonra yox. Əgər istənilən ökənin təhlükəsizliyi Alyansın üzvülüyünə bağlıdırsa, o zaman Üzvlük Fəaliyyəti Planı və AB istiqamətində addım atmaq lazımdır”-deyib Zelenski.
O, onu da qeyd edib ki, söhbət Avropanın təhlükəsizliyindən gedir.
“Əgər AB liderləri deyirsə ki, Avropanın təhlükəsizliyi Ukraynadan asıllıdır və biz buna görə qurbanlar veririksə, 14 mindən çox adam ölübsə, o zaman hansısa statusumuz olmalıdır. Ukrayna özünü AB və NATO-da qonaq kimi hiss etməməlidir. Biz özümüzünkü olmaq istəyirik. Hesab edirəm ki, bizim buna çoxdan haqqımız var”-deyə Zelenski bəyan edib.
O, onu da vurğulayıb ki, Ukrayna AB üzvü statusunda olarsa, özünü subeykt hiss edər. “Mən Fransanı qüdrətli ölkə sayıram. O-subyektdir. Bizim də bərabər münasibətlərimiz olmalıdır- bax bunu gözləyirəm”
Yenises.ru