Zirəddin Rzayevin COVİD-19-la bağlı “şokedici” proqnozu yayılan videosuna instagram və youtube-dan qadağa-əngəlləndi


Tanınmış ekstrasens  Zirəddin Rzayevin COVİD-19-un yaranmış vəziyyətdə insanlığın tarixində hansı rol oynadığına açıqlama gətirdiyi videosu youtube kanalı və İnstagram tərəfindən əngəllənib.

Bu barədə ekstrasens  Facebook və İnstagram  hesabından  bildirib.

“Bəşəriyyəti özünə tabe edib, dünyanın  tək adam tərəfindən idarə olunması planının bir parçası kimi xarakterizə olunmuşdu COVİD-19” ekstrasensin  o videoaçıqlamasında.  

“COVİD-19 gizli təşkilatların hazırladığı proqramdır. Bu proqramın planında  dünyaya tək hökm etmək istəyi durur. İnsanlıq tarixi bu prosesdən keçir  və addım-addım ona doğru gedir”. Zirəddin Rzayevin  koronavirusla bağlı bu  açıqlaması  “bu qədər də ola bilməz”-dedirtmişdi.

Ekstrasensin fikrincə, “texnologiya vasitəsiylə” insanların düşüncələrinə təsir etməyi düşünürlər.

Mənimlə telefon söhbətində  ekstrasens  videonun əngəllənməsinə  səbəb olaraq  “əvvəlcədən  müəyyən təşkilatlar tərəfindən yaradılması   və  “həlli”   insanları  “ÇİP”ləşdrməkdən keçəcəyi proqnozunu verdiyim üçündür-dedi.

Yayımlanması əngəllənən  (youtube kanalında) videoda ekstrasens virusla əlaqədar daha  nələri  demişdi?

 Ekstrasens  videoda  COVİD-19-un gizli təşkilatlar tərəfindən süni yaradılmasından söz açıb.

Açıqlamasında o,  bütün bu analizlərin, peyvəndləşmənin əslində bir mərama xidmət etdiyini vurğulayıb. Başlıca məqsəd- insanları çipləşdirmək,  bununla düşüncələrinə təsir və bir növ hökm etməkdir.

“Əvvəl insanlara çip-də sadəcə sizin fiziki sağlamlığınızla bağlı bilgilər  toplandığı bildiriləcək. Bu isə xəstəlikdən vaxtında xəbər tutmaq üçündür”-deyiləcək. Əslində yeni texnologiyanın köməyi ilə insanların düşüncələrinə təsir alətidir çip.

Sonra  “bir gün COVİD-19 probleminin həlli tapıldı və bunun yolu çipləşdirməkdən keçir söylənsə, şaşırmayın”- deyə ekstarsens xəbərdarlıq da edib o videoda.

Əngəl qoyulan video ilə bağlı  onu  mühakimə və  təhqiredici mesajlar yazıldığını da qeyd edib. Onlara cavab olaraq bugünkü paylaşımında  bunları yazıb.

 “COVİD-19-la bağlı dilə gətirilməsi onu söyləyən üçün təhlükəli olan sirrləri açdım. Buna  görə vicdanım təmizdir.  Fikirlərimə skeptik yanaşanları  da anlayıram. Lakin mən həqiqəti söylədim.Ən əsası mən bilirəm ki, kiməm. Yaradana və özümə inanıram”.

Tünzalə Vəliqızı, Moskva

22.04.2021

Yenises.ru


Bir cavab yazın