Koronavirus peyvəndi “yeni növlü dünya müharibəsi” təhlükəsi yaradıb


Makron COVİD -19 peyvəndinin   “yeni növlü  dünya müharibəsinə” yol açdığını  deyib  

Fransanın prezidenti  Emmanuel Makron Avropa İttifaqının virtual saamitinin birinci gününün yekunlarına həsr olunmuş  mətbuat konfransı zamanı bəyan edib ki, Avropa peyvəndlə bağlı  Rusiya Və Çinin  hərəkətinə görə  yeni bir dünya müharibəsi ilə qarşılaşıb. Bu barədə Le Figaro məlumat verib.

“Biz Rusiya və Çinin  peyvənd üzərindən  təsir etməsi ilə əlaqədar  yeni bir dünya müharibəsi ilə qarşılaşmışıq”-deyə o, qeyd edib.

Bundan  başqa Makron  onu da vurğulayıb ki, Avropa  koronavirus infeksiyasına qarşı peyvəndin istehsalında çox müstəqil olmalıdır. 

“Biz peyvənd istehsal etmək üçün bütün imkanlara  sahibik.  Atrıq ikinci nəsil potensial peyvənd  istehsalı prosesindəyik” –deyə o əlavə edib.

Fransa ölkə başçısının sözlərinə görə Avropada  peyvəndləşdirmənin həqiqi strategiyası mövcuddur. Bundan əlavə AB-də  bu ilin iknici yarısında  istehsalın  yeni mərhələsinə çıxmaq və  il ərzində 2-3 milyarda yaxın preparat dozası üçün    kompleksli şəkildə sənaye  siyasəti hazrlanıb.

 Bir müddə əvvəl Makron məlumat vermişdi ki, Avropa bu ilin yanyına kimi  yeni növlü koronavirus peyvəndinin nəhəng  istehsalçısı olmağı planlaşdırır.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir