Pozneri Gürcüstanda yumurta atmaqla qarşıladılar- qovdular
Rusiaylı jurnalist Vladimir Poznerin Gürücüstana səfəri etiraza səbəb olub. Pozner Gürcüstana ad gününü qeyd etməyə gəlibmiş. Bu ölkənin əzazi bütövlüyün tanımayan jurnalistin Tbilisiyə gəlişini etiraz aksiyası ilə qarşılayıbar.
Gürcüstanın Birinci kanalı məlumat verib ki, Pozner və qonaqları ölkəni tərk ediblər. Təyyarə Tbilisi beynəlxalq aeroportundan havaya qalxıb. Aeroportda hüquq-mehafizə orqanları əməkdaşları tərəfindən təhlükəsizlik gücləndirilib.
Aksiya iştirakçılarının etirazının səbəbi isə Poznerin ölkənin ərazi bütövlüyünü tanımamasıdır. Pozner nə zamana kimi bu fikirdə olacaq, onun Gürcüstana gəlməsi qəbuleudlməzdir. Etirazçılar Pozner və dostlarının ilk qaldığı oteli mühasirəyə alıblar. Sonradan onları mərkəzdə yerləşən Romms Hotel mehmanxanasına aparıblar.
Etrizaçılar Poznerin qaldığı binanı yumurta atəşinə tutub və getməsini tələb ediblər. Gürcüstan dövlət kanalının yayımladığı videodan da görünür ki, teleaparıcı və dostlarını polislərin əhatəsində mehmanxanadan çıxarır və avtobusa mindirirlər. Aksiya iştirakçıları onları aeroporta qədər müşaiyət edib, sonra dağılışıblar.
Yenises.ru