Gürcüstanda qalib gələn “Gürcü arzusu” patiyası Saakaşviliyə problemsiz getmək təklif etdi
Parlament seçkilərində qalib gələn “Gürcü aruzsu” patiyasının lideri Bidzina İvanaşvili hazırkı prezident və məğlub “Vahid milli hərəkat” partiyasının lideri Mixail Saakaşvilini istefa verməyə çağırıb. Bu haqda “İnterfaks”ın məlumatında deyilir.
Ivanaşvilinin rəyinə görə, patiyasının məğlubiyyətini etiraf etdikdən sonra Saakaşvilidən məhz bu addımı atmaq gözlənilir.
“O çox səhvlər buraxıb və əgər ərizə yazıb vəzifəsindən gedər, növbədənkənar yeni prezident seçkiləri təyin edərsə, yeni konsitutsiyaya əsasən baş nazir seçilərsə- hər şey qaydasında olacaq. Əks təqdirdə problemsiz olmayacaq” –deyə İvanaşvili mətbuat konfransında deyib.
“Gürcü arzusu” partiyasının lideri Saakaşvilinin səhvləri içindən dunya siyasi arenasında oyunçu olmaq cəhdinin adını çəkib. O, Gürcüstanın bu oyundan imtina edəcəyini bəyan edərək, regional siasətə diqqəti cəmləşdirərək qonşular və Rusiya ilə münasibətləri qaydaya salmağa çalışılacağını bildirib.
“Biz təbii ki, ABŞ-ın timsalında starteji müttəfiqimizin olmasını istəyirik, amma qonşularla yaxşı münasibət və mehriban qonşuluq siyasəti-budur bizim prioritetimiz”-deyib İvanaşvili.
Bununla yanaşı Gürcüstanın Avropaya ineqrasiyası və NATO-ya daxil olması planında bir dəyişiklik olmayacağını və Gürcüstanın ərazi bütövlüyünün bərpa ediləcəyini mövqeyində qərarlı olduqlarını da qeyd edib.
/Yenises.ru/