Lənkəranda bayram turniri


Lənkəranda bayram turniri
Cənub Regional Futbol Federasiyasının təşkilatçılığı və “Standart” bankın sponsorluğu ilə Lənkəran şəhərində Azərbaycan Demoratik Cümhuriyyətinin 94-cü ildönümünə həsr olunmuş 10-11 yaşli məktəblilərdən ibarət futbol turniri keçirilib. Turnirə Lənkəranın kənd və şəhər məktəblərini təmsil edən 20-dən yuxarı komanda qatılıb.

Puşkatmanin nəticələrinə uyğun olaraq komandalar 3 yarimqrupa bölünüblər. Final görüşünə “Sütəmırdov” və “Separadi” komandaları vəsiqə qazanıblar. Gərgin keçən final qarşılaşmasında “Separadi” komandası 4-1 hesabı ilə qalib gəlib və keçən il qazandığı kuboku qoruyub saxlayıb.

Oyundan sonra CRFF –ın prezidenti Sakin Məmmədzadə qaliblərə kuboku təqdim etib. Turnir iştirakçılarına muxtəlif naminasiyalar üzrə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, bu turnin əsası 1990-ci ildə qoyulmuş və dalğalanan üç rəgli bayragımızla bu günə kimi davam edir.

Ramin Kazımov
/Yenises.ru/


Bir cavab yazın