Moskvada “Afaq Şıxlı poeziyasının işığı alıtnda” ədəbi-bədii gecə keçirilib


Moskva Azərbaycanlıarı Milli Mədəni Muxtariyyəti və Qadınlar Birlyinin təşəbbüsü ilə  Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi  Afaq Şıxlının yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirildi.

“Afaq Şıxlı poeziyasının işığı altında” toplanan  görüş iştirakçıları  əvvəlcə şairənin həyat və fəaliyyətinin bəzi  məqamlarını  əks etdirən  videosüjetə baxdılar. Və ardından  söz şairənin özünə verildi.

Afaq Şıxlı  çıxışına  onun yaradıcılığna  həsr olunmuş bu tədbirin təşəbbüskarlarına, bilavaistə  Moskva Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənova, katibi Həşim Əliyevə  və gələn hər bir kəsə minnətdarlıqla başladı.

“Mənim üçün gözlənilməz  sürprizdir”-deyə nitqini  keçmişdən bu günə gələn poeziyanın hazırkı durumu, günümüzdə şairə və şeirə münasibəti öz rakursundan  dəyərləndirmək üzərində qurdu.

O, özünə şair deməyin əsl məsuliyyət olduğunu vurğuladı.

“Hər bir misra, qafiyələnən hər bir bənd  əsl hisslərin və duyğuların gerçəkliyi olaraq qələmə töküləndə şeir olur. Müasir,  mən deyərdim tələbkar oxucu nəyin şeir, nəyinsə  sadəcə söz yığını olduğunu ilk sətirdən anlayır”-deyə gözümüz önündə  sözün və sənətin ucuzlaşdırılması kimi bir prosesin yaşandığına diqqət çəkdi.

Öz yaradıclığından söz  açarkən,  adətən şairlər romantik olur və qəlbində dil açan duyğuları kağıza tökməklə qalmırlar, dövrana, insana, haqsızlığa qarşı mübarizəni ortaya qoyurlar-deyə  şairlərin dəyişik ruh halına düşdüklərinə işarə etdi.

“ Bəzən sevincdən göylərə uçar, bəzən ümidsizlik uçurumuna düşər, bəzən misraya söykənib ayağa qalxar və davam edərlər”.

“Hər bir misrasından  saf duyğuların boylananda oxucu şeirini mənimsəyir.  Şeir saxtalığı sevmir”- deyə yazdığı şeirlərindən bir neçəsini səsləndirdi.

Gecəyə  ev sahibliyi edən Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin  sədri Bəxtiyar Həsənov isə -“Qürbətdə azərbaycanlıları bir araya gətirən dilimiz, poeziyamız,  milli-mədəni irsizmizdir. Və diasporun əsas fəaliyyətindən biri, birincisi olan milli-mədəni irsimizə sahib çıxmaq, onu yeni nəslə çatdırmaq baxımından  yaradıcı insanlarımızın olması, belə tədbirlərin keçirilməsi vacibdir”-dedi.

Bəxtiyar Həsənov  Afaq Şıxlı poeziyasının bu qədər ziaylı qadını bir yerə toplamasının nə qədər dəyərli olduğunu da vurğuladı. Və Afaq Şıxlıya  Moskva Azərbaycanlıları  Milli –Mədəni Muxtariyyətinin fəxri-Fərmanını təqdim etdi.

Tanınmış jurnalist Cəfər Sadıq  isə çıxışında- “Qısa videosujetdə  göstərilən və burada səsləndirən şeirlərdən yola çıxaraq deyə bilərəm ki, Sizin yaradıcılığınız daha geniş auditoriyada təblig edilməyə layiqdirlə” başladı.

Cəfər Sadıq  də günümüzdə aktual olan “Hər yerindən duran şairəm” deyənlər və onlara  dəyərli bildiklərimizin  “dəyər” ölçüsündən baxanda  ədəbiyyatın, poeziyanın korifeyləri ilə adlarını bir sırada çəkməyin çox utandırıcı olduğunu söylədi.

İndi  Məmməd Araza, Bəxtiyar Vahabzadəyə, Məmməd İsmayıla, Ramiz Rövşənə  və s. də şair deyək, onlara da deyərək, bununla  Afaq Şıxlının çıxışında vurğuladığı mövqeyi dəstəklədiyini göstərdi.

Poeziya qafiyə yığını və ya ahəngə hesablanmış sətirdirsə o zaman …. hamımı şairdir-təəssüfünü dilə gətirdi. Afaq Şıxlının timsalında  “söz qədrini bilənlərin  qədrini bilməliyik-“ dedi.

Gecənin aparıcılarından Qadınlar Birliyinin nümayəndəsi  Leyla Fərəcova Afaq xanımla ilk tanışlığından və onun şeirlərinin insanın ruhuna təsirindən söz açdı.

“Afaq xanımın  təbirincə desək,  qürbətdəkilər Vətənə bir az uzaq olduqları üçün onu daha çox sevirlər  və  Afaq Şıxlının  şeirlərində o sevgi dolu qəlbin döyünütüsü hiss edilir”.

“Vətən nə Şirinsən, torpaq nə şirin”   və “Azərbaycan bayrağı” şeirlərinin dərslik kitablarına salınaraq tədris olunacaq  əsl vətənpərvərlik ədəbi nümunələridir-deyən Leyla Fərəcova  şairənin  bir neçə şeirini söylədi.

 Gözəl qiraətçi, ziyalı xanım Xalidə Səmədova Afaq Şıxlı poeziyasının dil-üslubuna toxunaraq, onun “Yuxu”, “Yağış yağır” şeirlərini oxuyub səsləndirəndə  yuxunun, yağışın canlı bir personaj kimi qarşında dayandığı hiss etdiyi  duyğusunu paylaşdı.

Moskva Xalqlar Dostluğu Universitetinin  məzunu, gənc filoloq Nəsibə Fərəcova isə müəllifin rus dilində yazdığı “Bakı” şeirini böyük bir həyəcanla əzbər söylədi. O, Afaq Şıxlı ilə bir arada olub, onun özu, yaradıcılığı  haqqında söylədiklərini dilindən eşitməyin yaşatdığı  təəssüratı bölüşdü.

“Mən bu gün Sizdən nələrisə öyrəndim və öyrənməyə davam edəcəm”-sözləriylə Afaq Şıxlıya  sevgisini çatdırdı.

Gecəyə aparıcılıq edən jurnalist Tünzalə Vəliqızı Afaq Şıxlı yaradıcılığından söz açarkən  əvvəl  “Nədir poeziya?!” ritorik sualına cavab axtardı. 

“Poeziya təbiətlə  insan duğularının vəhdəti-vücud halıdır. Mənə görə, insan duyğularının tərcümanıdır şair. Dövrünün  aynasıdır. Tarxiçilərdən fərqli olaraq tarixi anında yazan, yardandır. Afaq Şıxlı yaradıcılığına nəzər salsan  görərsən ki, Qürbət gündəliyi kimidir yazdığı  həsrət şeirləri. Vətən sevgisi, torpaq  təəssübü boylanır misralarından. Ömrün irəliləyən zamanından səhifələri geri çevirsəniz  o tarixdə baş verənlər danışacaq sizinlə. 20 Yanvardan, Xocalı faciəsindən, Qarabağ nisgilindən, Zəfər sevincindən”-deyərək Afaq Şıxlının sözə böyük dəyər verdiyninin altını cızdı.

“Sözdür şairin silahı da, süngəri də. Bəzən onunla qorxudar,  bəzən ona sığınar”. O, Afaq Şıxlının özünun bu etirafedici misralarıyla 

 Hərdən aləm alt-üst olur,
 bir misra da tapammıram arxasında qorunmağa.
Haqsızlıqlar dünyasında səbəb qalmır ovunmağa!
Nə zaman ki, “söz” taxtında oturanlar sözü danır –
Ümidlər də uçuruma yuvarlanır…

nitqini yekunlaşdırdı.

Gecədə iştirak edən digər ziyalı qsdınlar Afaq Şxlnın qəzəllərini, qoşmalarını söyləyərək görüşü əsl  poeziya bayramı havasına köklədirlər.   İngilis dili müəlliməsi Gülnur Alışova Afaq Şıxının sözlərinə bəstələnmiş mahnılar səsləndirdi.

Ədəbi -bədii gecənin rəsmi hissəsi   iştirakçıların ayaqda söylədikləri Azərbaycan himni ilə bitdi.

Ədəbiyyat, poeziya söhbətləri çay süfrəsi ətrafında davam etdi.

Gecənin sonunda  şairə Afaq Şıxlı  ona belə gözəl bir  gün bəxş  edən  diaspor  rəhbərləri, nümayəndələri və ziyalı qadınlara, gənclərə  dərin minnətdarğını bildirdi.

Tünzalə Vəliqızı
Moskva,
07.07.2023


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir