Rusiya büdcəsi 2014-cü ildə 1 trln. rubl kəsirlə olacaq
Rusiya büdcəsinin 2014-cü ildə iqtisadi və maaliyyə bazarında mürəkkəb şərait üzündən 1 trln. rubdan artıq kəsiri olacaq. Bu açıqlama ilə jurnalistlər qarşısında Rusiya maaliyyə nazirliyinin uzunmüddətli strateji planlaşdırma departamentinin direktoru Maksim Oreşkin çıxış edib.
Onun sözlərinə görə xarici və daxili maliyyə kreditləri, o cümlədən özəlləşdirmədə proqramının yerinə yetirilməməsi riski var. “Xarici maliyyə borcları üzündən biz 234 milyard rubl almaya bilərik, özəlləşdirməyə görə isə-180 milyard, daxili borclara görə isə 250 milyard almaya bilərik”-deyə o siralayıb. Beləliklə, büdcəyə defitsiti maaliyyələşdirən mənbələrdən 664 milyard rubl daxil olmaya bilər, deyib Oreşkin.
2014-cü ildə Rusiya xarici kreditdən bütünlükdə imtina edilməklə, 800 milyard planlaşdırılmış kreditin yarısından azını cəlb edə bilər. Bundan başqa özəlləşdirmə proqramının bu il tamamilə yerinə yetirilməməsi gözlənilir. 2014-cü ilin büdcəsinə özəlləşdirməyə görə 196,8 milyard rubl ölçüsündə gəlir qoyulub.
“Büdcəyə 300-400 milyard da neftqazdan gələn gəlirdən əlavə olunmaya bilər”,-deyə Oreşkin əlavə edib.
/Yenises.ru/