Türkiyə Rusiyaya ikinci partiya yumurta göndərib
Türkiyədən toyuq yumurtasının ikinci partiyası Rusiyaya gəlib.
“Türkiyədən 19,36 ton (316,8 min ədəd) həcmində ərzaq yumurtasının ikinci partiyası Rusiyaya daha sonra satış üçün Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə gətirilib”, – press-relizdə deyilir.
Eyni həcmində yumurrtanın ilk partiyası yanvarın 3-də göndərilmişdi.
2023-cü ildə Rusiyada toyuq yumurtası təxminən bir yarım dəfə bahalaşıb. C0- yüksək sortlu (iriliyinə və keyfiyyətinə görə) yumurtanən qiyməti bahalaşmadan əvvəl 100 rubla qədər idisə, bahalaşmadan sonra C2-sortlu yumurtanın ən aşağı qiyməti 150 rubla qədər artıb.
Vladimir Putinin yekun mətbuat konfransında izah etdiyi kimi, buna tələbatın artması səbəb olub, istehsal artmayıb və idxal vaxtında açılmayıb.
Dekabrın ortalarında kənd təsərrüfatı naziri Dmitri Patruşev demişdi ki, departament Azərbaycan və Türkiyədən tədarük gözləyir və bu, qiymətlərin tənzimlənməsinə imkan verəcək.
Dekabrın 19-dan 24-dək Azərbaycandan Rusiyaya iki partiya yumurta gəlib.
Hökumət yanvarın 1-dən iyunun 30-dək 1,2 milyard toyuq yumurtasının rüsumsuz idxalına icazə verib.