Solovyev Satanovskini kanalından qovub


“Solovyev Live” kanalının təsisçisi  Vladimir Solovyev şərqşünas  Yevgeni Satanovski  RF xarici işlər nazirini təhqir etdiyi üçün knaından uzaqlaşdırdığını  deyib.

O, bu haqda öz Telegram kanalından məlumat yayıb.

Bir müddət əvvəl internetdə yayımlanan  videoda  Satanovski bəyan edir ki, “Zaxarova yəhdləri sevmir, İsrailə isə nifrət edir”.

Solovyev  Satanovskinin sözlərinə  görə  RF  Xarici işlər nazirliyyindən, Boqdanovdan  və Zaxarovdan  üzr istəyib.

“Mən Yevgeni Yanoviçlə peşəkar ünsiyyəti davam etdirmək imkanını görmürəm və Evgeni Yanoviç Satanovskini kanalımızdan uzaqlaşdırmaq qərarına gəldim”, – Solovyev videomüraciətində bildirib.

Oktyabrın 19-da Yevgeni Satanovski İctimai Xəbərlər Xidmətinə müsahibəsində bəyan edib ki, Qəzza zolağı ətrafında vəziyyətlə bağlı İsrail və İran arasında birbaşa toqquşma həm bu ölkələri, həm də bütün Yaxın Şərqi məhv edə bilər.

Maraqlı məqam isə, elə bu  Solovyevin kanalından və proqramından  Satanovskinin dəfələrlə Azərbaycanı təhqirlə erməni tərəfini tutmasına  göz yummasıdır. Daş ona dəyəndə baş  dözmürmüş.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir