Azərbaycanlı qanuni oğru Əli Heydərovun qətlinin təfərrütı Rusiya KİV-də


Aprelin 12-də kriminal aləmdə   Alik Rijiy və Albert Piterskiy kimi tanınan qanuni oğru  Əli Heydərov  Moskvanın elit yaşayış komleksində yerləşən fitnez klubların birindıə qətlə yetirilib. Avtoritet trenajorda məşğul olan zaman ona atəş edilib. Qətl törədən şəxs qaçıb. Onu polis axtarır.

Polis orqanları Əli Heydərovu qətl edənin   azərbaycanlı Taleh Namiq oğlu Orucov olduğunu ehtimal edir.  Bu barədə Baza telegram kanalı xəbər verib.

Killer qanuni oğru ilə hesablaşdı

Komsomolskaya pravdanın yazdığına görə  killer  “Alıe parusı” elit yaşayış kompleksində yerləşən “Don-Sport”  fitnes klubunda baş verib. Orucovun Rijiy ilə tanış olduğu söylənilir. Fitnes klubda məşq zamanı onlar arasında  mübahisə düşüb. Orucov pistoletini çıxarıb və Alikə kürəyindən bir neçə  dəfə atəş edib.  

Qətl saat 14:50 radələrində videoqeydə alınıb. Kadrlardan da göründüyü kimi cinayətkar klubdakı ziyarətçilərin yanında qətl hadisəsini gerçəkləşdiirb. Alik yıxılandan sonra o, yaxınlaşıb və yenidən bir neçə atəş edib. Sonra çantasını da götürüb və çıxışa doğru qaçıb. Albert həkimlər gələnə kimi keçinib. Bu barədə “Moskovskiy komsomoles” qəzeti yazıb.

Qazeta.ru saytının yazdığına görə  isə killeri maksimum 19 il həbs gözləyir. Əgər qətl sifarişli olduğu sübuta yetirilərsə, bu ağırlaşdırıcı hal kimi qəbul ediləcək və caniyə ömürlük cəza kəsiləcək-deyə qazeta.ru qeyd edir.

Əli Müseyib oğli Heydərov 1081-ci ildə Azərbaycanın Gəncə şəhərində doğulub. 1996-cı ildə  Arxangelsk vilayətinə köçüb. Orada yerli   bandit qrupu klanına qoşulub. Yerli qrup meyvə bazalarına nəzarət edirlərmiş. Əli Rıjiy ləqəbini saşalrında bir neçə yerdə ağlar olduğu üçün alıbmış.

Əli Heydərov 4 dəfə mühakimə olunub. 2000-ci ildə Arxangelsk Lomonosov  məhkəməsi onan soyğunçuluq və qəsbkarlıq cinayəti üzündən 5 il şərti cəza verib. İki il keçdikdən sonra  saxta sənəd, soyğunçuluq və hücum cinayətləri törətdiyinə görə cəzası 6 il real həbs ilə əvəzlənib.  2008-ci ildə Əli xuliqanlıq və saxta sənəd cinayəti ilə yenidən yarım il həbs alıb.

Sankt-Peterburqa gələn Heydərov  2012-ci ildə “qanuni oğru” adı alıb.  Onun qanuni oğru adını almasına  (2013-cü ildə qətlə yetirilmiş) məhşur  kriminal avtoritet Ded Hasan razılığını göndərib.

Heydərov bir çoxunun qanuni oğru adı almasına  qarşı çıxırdı və bu ona çoxlu düşmən qazandırmışdı. Öz əhatəsində Əli şanslı hesab eilirdi. 3 dəfə həyatına qəsd edilməsinə cəhd edilmiş, son məqamda killerlər dayandırılmışdı. 2014-cü ildə onu öldürmək istəmişdilər, lakin buna müvəffəq ola bilməmişdilər. Əli Heydərov bu hadisədən sonra Türkiyəyə getmişdi. Xaricdə də öz maşınında müəmmalı şəkildə təkər partlamış və Heydərovun oğlu zədələnmişdi. Sonra Heydərovu Ədirnədə qanqestrlərlə görüş zamanı az qala ölümünə döymüşdülər. Və nəhayət…

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir