BU GÜN NAZİM HİKMƏTİN DOĞUM GÜNÜDÜR.


ONUN ALDANMIŞ KOMMUNİST TALEYİ ƏLBƏTTƏ FACİƏSİDİR. AMMA BÖYÜK BİR ŞAİR KİMİ HƏR ZAMAN QALICIDIR.

QƏRİBƏDİR. ÖLÜMÜNƏ İKİ İL QALMIŞ 1961-DƏ ALMANİYADA, BERLİNDƏ “AFTOBİOQRAFİ”SİNİ YAZIR SONUNDA DA SUAL İŞARƏSİ…

” LENİNİ GÖRMƏDİM NÖVBƏ TUTDUM TABUTUNUN BAŞINDA 1924-DƏ…

BU GÜN BERLİNDƏ KƏDƏRDƏN GƏBƏRMƏKDƏ OLSAM DA, İNSANCA YAŞADIM DEYƏ BİLƏRƏMVƏ DAHA NƏ QƏDƏR YAŞARAMBAŞIMDAN NƏLƏR KEÇƏR DAHA KİM BİLİR…

“VƏ MƏN BU STATUS YAZIMI KOMMUNİST BİR NAZİM HİKMƏTƏ DEYİL, ŞAİR NAZİM HİKMƏTƏ İTHAF EDİRƏM.

SÖZ UÇAR, YAZI QALAR…Görən indi hansı şair,yazıçı ordeni, medalı qoyub samanlığı tərcih edər?!Çox çətin sualdır. O zaman bu kiçik hekayəni oxumaqda fayda var.

Nədənsə Nazim Hikməti xatırladım bu hekayədə olanları paylaşmaq istərkən. Onun da başına Bursa həbsxanaslnda eynən buna bənzəri baş vermişdir. Adalet bakanlığının müfəttişinə verdiyi cavab eynən Şairin yadigarı kimi dillər əzbəridir. Nur içində yatsın Nazim Hikmət də, bu uca amalda, qayədə olub dünyasını dəyişənlərimiz.

– Məni samanlığa qaytarın!

Şairin şeirləri tezliklə camaatın ağzına düşürdü, şairin şöhrəti və hörməti daha da artırdı. Bunu görən padşah ürəyində şairə qibtə etməyə başladı:

“ Niyə camaat bu şairi bu qədər sevir? Mən dura-dura onun sözünü danışırlar. Niyə? .” Belə düşündükcə padşah qərara gəldi ki, özü də şeir yazsın. Çünki, şairə hörmət qazamdıran onun əsərləridir. Deməli, padşah əlinə qələm alıb şeir yazarsa, şairdən də artıq hörmət və şöhrət sahibi olar. Padşah bu fikrə gələndə gözündə şairlik gözündə çox böyüdü, hətta hökmdarlıqdan da artıq göründü.

Dünyaya saysız-hesabsız hıkmdarlar gəlib gedib, indi onların çoxunun adını da bilən yoxdur. Padşahdan qalan nə olacaq? Tikilən evlər, qalalar, şəhərlər, küçələr, lakin onlar çoxmu qalacaq? Yox, zaman bir gün onları vurub dağıdacaq, söküb tökəcək. Amma şeiri heç bir şey məhv edə bilməz.O min il sonra da oxunacaq, yazanın adını gələcək nəsillərə çatdıracaqdır! Bu fikirlər padşahın şeir yazmaq həvəsini daha da artırırdı. Artıq hazırkı şöhrəti onu təmin etmirdi. Bundan sonrakı nəsillərin də xəyalında yaşamaq istəyirdi.Bu məqsədlə də əlinə qələm alıb şeir yazdı. Saray əhli bu şeirə qulaq asanda bir ağızdan “bəh, bəh” –deyib durdu, hələ bu cür mənalı və gözəl kəlam eşitmədiyini bildirdi. Padşah isə saray əhlinə fikir vermədi, üzünü şairə tutdu:

– Necə şeirdir?

Şair paxıllıqdan boğulan yaltaqları və padşahı süzüb başını buladı:

-Çox pis şeirdir, hökmdar,-dedi –buna şeir demək günahdır.

Padşahın acığı tutdu, fərraşlar əmr etdi:

– Bu şair qudurub, danışığını bilmir. Atın samanlığa, ağlı başına gəlsin!

Şairi samanlığa atdılar. Samanlıqda da o, fikrindən dönmədi, padşahın mənasız və çürük şeirini xatırlayıb güldü. Padşah isə qəzəbini soyutmaq üçün ova çıxdı. Beş gün meşədə, dağda ov elədi. Qayıdıb eyş-işrətə başladı. Bir müddət sonra yenə qələmini əlinə götürüb yeni bir şeir yazdı.

– O şairi yanıma gətirin!deyib əmr etdi. Şairi samanlıqdan çıxartdılar, üstünü-başını çırpıb padşahın qabağına gətirdilər. Padşah yeni şeirini oxudu. Saray əhlinin tərifi göyə çıxdı. Hətta vəzir yerindən qışqırdı:- Şeir deyir, Allah kəlamıdır!

Padşah yenə saray əhlinə fikir vermirdi, gözü şairdə idi. Şair isə üzündə istehzalı ifadələr oynadığı halda susurdu. Padşah davam gətirə bilməyib soruşdu:

– Necə şeirdir?Şair padşaha cavab vermək əvəzinə fərraşlara döndü:

– Məni samanlığa qaytarın!-dedi.Padşah qəzəbləndi və şairi birdıfəlik saraydan qovdu. Şairin son sözü isə zərbi-məsəl kimi saray əhlinin və sonra da xalqın dilinə düşdü. Mənasız və axmaq hərəkətə gülmək istəyəndə deyərdilər:- Məni samanlığa qaytarın!

Söz , şairdən insanlara yadigar qaldı. Mirzə İbrahimovun “ Şairin yadigarı” hekayəsindən.

P.S. Nazim Hikmetin də hekayəsi böylə olmuş. Mövzu tam aydınlansın deyə sonda paylaşmağı vacib bildim..

Kıssadan Hisse…Nazım Hikmet’in Bursa Cezaevinde tutsaklık günleri. Koğuş arkadaşlarını okumaya yazmaya yönlendiren Nazım, aynı zamanda cezaevi yönetimine de yardım etmektedir. Cezaevi denetimine Adalet Bakanlığı’ndan bir müfettiş gelir. Bir kaç gün denetim yaptıktan sonra müdüre:-Nazım da buradaymış, çağır da görelim nasıl biridir? der.Nazım’ı odaya getirirler. Müdür koltuğuna iyice kurulan müfettiş, Nazım’ı tepeden tırnağa süzer ve:-Demek Nazım sizsiniz? der.Nazım’a oturması için yer göstermez.Kısa bir konuşma sonrası,-Gidebilirsiniz der.Nazım tam kapıdan çıkarken durur ve müfettişe:-Ömer Hayyam adını duydunuz mu? diye sorar.Müfettiş hemen atılır:-Kim duymaz Hayyam’ı?Nazım:-Hayyam zamanında İran hükümdarı kimdi? diye sorar.Müfettiş şaşırır.Nazım konuşmasını sürdürür,-Görüyorsunuz sanatçıyı anımsadınız ama hükümdarı anımsamadınız. Yıllar sonra beni dünya anımsayacak ama dönemin Adalet Bakanı’nı ve sizi kimse anımsamayacak? der çıkar.Müfettiş yaptığı yanlışı anlar, Nazım’ı geri çağırır ama Nazım koğuşunun yolunu tutmuştur.Sahi, o dönemin Adalet Bakanı kimdi?Ya peki kimler vardı şimdi hatırlayamadığımız?

Məhəmməd İSRAFİLOĞLU

15.01.2021

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir