Dubaydan çılpaq videoları paylaşıldığına görə 8 rus qadını saxlanılıb


Dubayda ,çılpaq şəkil çəkər və çəkdirərsənsə cəzası həbs və 5 mindən 50 min dirhəmə qədər cərimə olur…

Bu haqda RİA Novosti-yə Rusiyanın baş konsulluğundan məlumat verilib.

Bir müddət əvvəl sosial şəbəkədə Dubayın tətil rayonlarından olan Dubai Marinanın yüksək binalarından birinin balkonundan qızların poza verdiyi şəkillərdən ibarət vudeoçarx paylaşılıb. Yerli polis fotosessiyada iştirak edən 40 nəfəri saxlayıb.

“Onlar kömək üçün Rusiyanın Baş Konsulluğa müraciət etsələr də, burada vəziyyət çox çətindir və “’əxlaq normalarına uyğun olmayan”  hərəkətlərdə  iştirak etmək  maddəsi olduqca ciddidir ” –deyə agentliyin  həmsönbəti bildirib.

Qızları altı aya qədər, çəkilişin təşkilatçısını isə il yarım  həbs  cəzası gözləyir.  Həmçinin onlar 5 min dirhəm (100 min rubl) və  50 min dirhəm (bir milyon rubldan  artıq ) pul cəriməsi ödəməli olacaqlar.

 Eyni zamanda, Baş Konsulluğun nümayəndəsi  müsəlmanlar üçün müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar olaraq  hökümətin modelləri əfv edə biləcəyini istisna etməyib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir