Erməni hüquqşünasları Baş prokurordan Paşinyanın həbsini tələb edirlər


Erməni hüquqşünas ölkənin baş prokurorundan baş nazir Nikol Paşinyanın həbs olunmasını tələb edirlər. Bununla bağlı  Baş prokurorluğa  Ermənistanın baş naziri Nikol Paşinyana qarşı  dövlətə xəyanət etdiyinə görə  cinayət işi qaldırılması tələbnaməsi daxil olub.

20-yə yaxın hüquqşünasın imzaladığı sənəddə deyilir ki, cinayət işi qaldırılmasına əsas verən səbəb Paşinyanın noyabrın 27-də  “Ermənistan və Azərbaycan arasındakı sərhəddi GPS sisteminin müəyyən etməsi” bəyanatıdır. Nəticədə sərhədlər  düzgün təyin olunmayıb və Ermənistan üçün  həyati dərəcədə əhəmiyyətli olan strateji obyekt və infrastrukturlardan keçir.

(…) Sərhədlər gözlə deyil, GPS sistemi ilə müəyyən edilir. Buna görə  Sot ərazisinin yarısı  Sovet Ermənistanında, digər yarısı isə Azərbaycanda yerləşir. Ümumiyyətlə sərhədlərin ayrılması çox çətin prosesdir və biz istəsək də, istəməsək də bu təkcə rus sülhməramlılarının  deyil, azərbaycanlı nümayəndələrin də iştirakı ilə olmalıdır-deyə Paşinyan bəyan etmişdi.


Bu bəyanata görə  baş nazir Ermənistan Respublikasının “Dövlət sərhədləri” haqqında qanununu pozub. Tələbi imzalayan hüquqşünasların fikrincə, Ermənistan və Azərbaycan arasında beynəlxalq müqavilə imzalamaq əvəzinə “ictimaiyyətə məlum olmayan, gizli, ikitərəfli şifahi (yazılı)” razılaşma imzalanıb Paşinyan tərəfindən. Yekununda isə tarixi Ermənisan torpaqları Azərbaycanın nəzarətinə keçib.


Xatırladaq ki, erməni müxalifəti  Dağlıq Qarabağ  ərazisində silahlı münaqişəni dayandırmaqdan ötrü bağlanan üçtərəfli sazişdən dərhal sonra Paşinyanın istefasını tələb edirlər. Mitinq və etiraz aksiyaları noyabrdan bu günə davam edir.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir