Kazan məktəbindəki atışmadan sonra antiterror əməliyyatı rejimi tətbiq edilib


Bu gün –mayın 11-də Kazan şəhərindəki 175 saylı gimnaziyaya bir qrup insan tərəfindən silahlı hücum olub. Təhsil  müəssisəsində partlayış və avtomat silahlardan atışma səsləri eşidiliyi xəbər verilib. Hadisə yerinə fövqəladə hallar xidməti nümayəndələri göndərilib və uşaqların evakuasiyasına başlanılıb.

Daxili işlər nazirliyi Kazanın 175 saylı məktəbində iki gənc adamın silahlı hücumundan sonra antiterror əməliyyatı rejimi tətbiq edib. Bu barədə həmin idarədən məlumat verilib.

Məktəbdə baş verən atışma nəticəsində 13 adam  ölüb. 30-dan çox şəxs yaralanıb. Bir neçə şəxs isə reanimasiyadadır.  Tatarıstan respublikasının başçısının verdiyi rəsmi məlumata görə   4 oğlan və üç qız  silahlı hücumun   qurbanı olub.

Silahlı hücumu həyata keçirənlərdən biri  əməliyyat zamanı məhv edilib. Hüquq mühafizə qüvvələri onun digər ortağını  tutublar.

Qeyd edək ki, Antiterror Əməliyyatı- xüsusi hüquqi rejim olmaqla   terror hücumunun qarşısını almaq, üstünü açmaq və onun nəticələrini azaltmaq üçün tətbiq edilir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir