Moskvada “Afaq Şıxlı poeziyasının işığı alıtnda” ədəbi-bədii gecə keçirilib
Moskva Azərbaycanlıarı Milli Mədəni Muxtariyyəti və Qadınlar Birlyinin təşəbbüsü ilə Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi Afaq Şıxlının yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirildi.
“Afaq Şıxlı poeziyasının işığı altında” toplanan görüş iştirakçıları əvvəlcə şairənin həyat və fəaliyyətinin bəzi məqamlarını əks etdirən videosüjetə baxdılar. Və ardından söz şairənin özünə verildi.
Afaq Şıxlı çıxışına onun yaradıcılığna həsr olunmuş bu tədbirin təşəbbüskarlarına, bilavaistə Moskva Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənova, katibi Həşim Əliyevə və gələn hər bir kəsə minnətdarlıqla başladı.
“Mənim üçün gözlənilməz sürprizdir”-deyə nitqini keçmişdən bu günə gələn poeziyanın hazırkı durumu, günümüzdə şairə və şeirə münasibəti öz rakursundan dəyərləndirmək üzərində qurdu.
O, özünə şair deməyin əsl məsuliyyət olduğunu vurğuladı.
“Hər bir misra, qafiyələnən hər bir bənd əsl hisslərin və duyğuların gerçəkliyi olaraq qələmə töküləndə şeir olur. Müasir, mən deyərdim tələbkar oxucu nəyin şeir, nəyinsə sadəcə söz yığını olduğunu ilk sətirdən anlayır”-deyə gözümüz önündə sözün və sənətin ucuzlaşdırılması kimi bir prosesin yaşandığına diqqət çəkdi.
Öz yaradıclığından söz açarkən, adətən şairlər romantik olur və qəlbində dil açan duyğuları kağıza tökməklə qalmırlar, dövrana, insana, haqsızlığa qarşı mübarizəni ortaya qoyurlar-deyə şairlərin dəyişik ruh halına düşdüklərinə işarə etdi.
“ Bəzən sevincdən göylərə uçar, bəzən ümidsizlik uçurumuna düşər, bəzən misraya söykənib ayağa qalxar və davam edərlər”.
“Hər bir misrasından saf duyğuların boylananda oxucu şeirini mənimsəyir. Şeir saxtalığı sevmir”- deyə yazdığı şeirlərindən bir neçəsini səsləndirdi.
Gecəyə ev sahibliyi edən Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov isə -“Qürbətdə azərbaycanlıları bir araya gətirən dilimiz, poeziyamız, milli-mədəni irsizmizdir. Və diasporun əsas fəaliyyətindən biri, birincisi olan milli-mədəni irsimizə sahib çıxmaq, onu yeni nəslə çatdırmaq baxımından yaradıcı insanlarımızın olması, belə tədbirlərin keçirilməsi vacibdir”-dedi.
Bəxtiyar Həsənov Afaq Şıxlı poeziyasının bu qədər ziaylı qadını bir yerə toplamasının nə qədər dəyərli olduğunu da vurğuladı. Və Afaq Şıxlıya Moskva Azərbaycanlıları Milli –Mədəni Muxtariyyətinin fəxri-Fərmanını təqdim etdi.
Tanınmış jurnalist Cəfər Sadıq isə çıxışında- “Qısa videosujetdə göstərilən və burada səsləndirən şeirlərdən yola çıxaraq deyə bilərəm ki, Sizin yaradıcılığınız daha geniş auditoriyada təblig edilməyə layiqdirlə” başladı.
Cəfər Sadıq də günümüzdə aktual olan “Hər yerindən duran şairəm” deyənlər və onlara dəyərli bildiklərimizin “dəyər” ölçüsündən baxanda ədəbiyyatın, poeziyanın korifeyləri ilə adlarını bir sırada çəkməyin çox utandırıcı olduğunu söylədi.
İndi Məmməd Araza, Bəxtiyar Vahabzadəyə, Məmməd İsmayıla, Ramiz Rövşənə və s. də şair deyək, onlara da deyərək, bununla Afaq Şıxlının çıxışında vurğuladığı mövqeyi dəstəklədiyini göstərdi.
Poeziya qafiyə yığını və ya ahəngə hesablanmış sətirdirsə o zaman …. hamımı şairdir-təəssüfünü dilə gətirdi. Afaq Şıxlının timsalında “söz qədrini bilənlərin qədrini bilməliyik-“ dedi.
Gecənin aparıcılarından Qadınlar Birliyinin nümayəndəsi Leyla Fərəcova Afaq xanımla ilk tanışlığından və onun şeirlərinin insanın ruhuna təsirindən söz açdı.
“Afaq xanımın təbirincə desək, qürbətdəkilər Vətənə bir az uzaq olduqları üçün onu daha çox sevirlər və Afaq Şıxlının şeirlərində o sevgi dolu qəlbin döyünütüsü hiss edilir”.
“Vətən nə Şirinsən, torpaq nə şirin” və “Azərbaycan bayrağı” şeirlərinin dərslik kitablarına salınaraq tədris olunacaq əsl vətənpərvərlik ədəbi nümunələridir-deyən Leyla Fərəcova şairənin bir neçə şeirini söylədi.
Gözəl qiraətçi, ziyalı xanım Xalidə Səmədova Afaq Şıxlı poeziyasının dil-üslubuna toxunaraq, onun “Yuxu”, “Yağış yağır” şeirlərini oxuyub səsləndirəndə yuxunun, yağışın canlı bir personaj kimi qarşında dayandığı hiss etdiyi duyğusunu paylaşdı.
Moskva Xalqlar Dostluğu Universitetinin məzunu, gənc filoloq Nəsibə Fərəcova isə müəllifin rus dilində yazdığı “Bakı” şeirini böyük bir həyəcanla əzbər söylədi. O, Afaq Şıxlı ilə bir arada olub, onun özu, yaradıcılığı haqqında söylədiklərini dilindən eşitməyin yaşatdığı təəssüratı bölüşdü.
“Mən bu gün Sizdən nələrisə öyrəndim və öyrənməyə davam edəcəm”-sözləriylə Afaq Şıxlıya sevgisini çatdırdı.
Gecəyə aparıcılıq edən jurnalist Tünzalə Vəliqızı Afaq Şıxlı yaradıcılığından söz açarkən əvvəl “Nədir poeziya?!” ritorik sualına cavab axtardı.
“Poeziya təbiətlə insan duğularının vəhdəti-vücud halıdır. Mənə görə, insan duyğularının tərcümanıdır şair. Dövrünün aynasıdır. Tarxiçilərdən fərqli olaraq tarixi anında yazan, yardandır. Afaq Şıxlı yaradıcılığına nəzər salsan görərsən ki, Qürbət gündəliyi kimidir yazdığı həsrət şeirləri. Vətən sevgisi, torpaq təəssübü boylanır misralarından. Ömrün irəliləyən zamanından səhifələri geri çevirsəniz o tarixdə baş verənlər danışacaq sizinlə. 20 Yanvardan, Xocalı faciəsindən, Qarabağ nisgilindən, Zəfər sevincindən”-deyərək Afaq Şıxlının sözə böyük dəyər verdiyninin altını cızdı.
“Sözdür şairin silahı da, süngəri də. Bəzən onunla qorxudar, bəzən ona sığınar”. O, Afaq Şıxlının özünun bu etirafedici misralarıyla
Hərdən aləm alt-üst olur,
bir misra da tapammıram arxasında qorunmağa.
Haqsızlıqlar dünyasında səbəb qalmır ovunmağa!
Nə zaman ki, “söz” taxtında oturanlar sözü danır –
Ümidlər də uçuruma yuvarlanır…
nitqini yekunlaşdırdı.
Gecədə iştirak edən digər ziyalı qsdınlar Afaq Şxlnın qəzəllərini, qoşmalarını söyləyərək görüşü əsl poeziya bayramı havasına köklədirlər. İngilis dili müəlliməsi Gülnur Alışova Afaq Şıxının sözlərinə bəstələnmiş mahnılar səsləndirdi.
Ədəbi -bədii gecənin rəsmi hissəsi iştirakçıların ayaqda söylədikləri Azərbaycan himni ilə bitdi.
Ədəbiyyat, poeziya söhbətləri çay süfrəsi ətrafında davam etdi.
Gecənin sonunda şairə Afaq Şıxlı ona belə gözəl bir gün bəxş edən diaspor rəhbərləri, nümayəndələri və ziyalı qadınlara, gənclərə dərin minnətdarğını bildirdi.
Tünzalə Vəliqızı
Moskva,
07.07.2023