Emin Ağalarovun Samarada konserti olmayacaq!!!
Əvvəlcədən də xəbər verildiyi kimi Rusiyanın tanınmış estrada mügənnisi Emin Ağalarovun “Rusiya turu-2023” layihəsi çərçivəsində növbəti konsertinin fevralın 26-da Samara şəhərində olacağı gözlənilirdi. Şəhər filarmoniyasının qarşısında Eminin şəkli olan konsert afişası belə asılıb.
Konsertin “Xocalı faciəsi”nin ildönümü tarixi ilə eyni vaxtda təsadüf etməsi sosial şəbəkələrdə haqlı olaraq kəskin etirazlara səbəb olub.
Ölkəmizi sevən, hər zaman azərbaycanlı olmaqdan qürur duyduğunu dilə gətirən tanınmış mügənninin belə bir addım atacağına inanmayaraq konsertin planlaşdırılmasında bir yanlışıq olduğunu düşündüm. Buna aydınıq gətirmək üçün Eminin prodüseri ilə əlaqə qurmaq cəhdim baş tutmadı.
Samara vilayəti Azərbaycanlıları Liqası (LASO) idarə heyətinin sədri Şirvan Kərimova müraciət edərək ondan bu barədə açıqlama istədim. Mənimlə telefon söhbətində Şirvan Kərimov birmənalı şəkildə və qətiyyətlə bu sözləri söylədi.
“Emin Ağalarovun fevralın 26-da Samara şəhərində konserti olmayacaq”.
Şirvan Kərimovdan bu məsələyə daha ətraflı aydınlııq gətirməsini istəsək də, o, hazırda Moskvada olduğunu söylədi və şərh verməyə vaxtım yoxdur dedi. Onu da əlavə etdi ki, Eminin konserti Samarada nə zaman olsa mən şəxsən Sizi dəvət eədcəm.
Xatırladım ki, Şirvan Kərimov Samara Vilayəti Quberniya Dumasının mədəniyyət, idman, gənclər siyasəti və turizm məsələləri üzrə komissiyasının, eləcə də İctimai palatada mədəniyyət, gəclər siyasəti, millətlərarası münasibətlər və dini məsələlərə üzrə komissiyanın üzvüdür. İki ciddi komissiyanın nümayəndəsinin fikri təbii ki, əsaslıdır və bizim bu konsertin olmayacağı barəsində heç bir şübhəmiz qalmır.