«Neftçi » komandasının yetirməsi Rafiq Əlizadə 72 yaşında Moskvada vəfat edib


“Neftçi”nin veteran futbolçusu, hücumçusu Rafiq Hüseyn oğlu Əlizadə Moskvada qəfil dünyasını dəyişib. Banişevski kimi əfsanəvi futbolçu ilə bir meydanı paylaşan Rafiq Əıizadə özü də Azərbaycan futbolunun əfsanələrindən idi.

Tanınmış futbolçu  RafiqHüseyn oğlu Əlizadə  1949-cü il fevralın 19-da Bakı şəhərində doğulub. O, 1966-cı ildə  “Neftçi” komandası  SSRİ  çempionatında bürünc medal alandan bir il sonra komandaya gəlib.  18 yaşlı gənc futbolçu 1967-ci il may ayının 19-da “Neftçi” komandasının  heyətində SSRİ Kuboku uğrunda yarışmanın  16/1 final matçında  Çelyabnskinin “Lokomotiv” komandasına qarşı  oyunda meydana çıxır və bir neçə dəqiqədən sonra  ilk qolunu  hesabına yazdırır.

SSRİ çempionatında doğma “Neftçi” komandasının tərkibində 1969-1972, 1977-1982-ci  illərdə 143 oyuna çıxıb, 5 qol vurub.

O, hücumçu və yarımmüdafiəçi  olaraq əsasən  qol pasları verən oyunçu kimi yadda  qalıb.

Veteran futbolçu komanda yoldaşlarından  söhbət açanda əfsanəvi Anatoli Banişevski, Bruxti, Semiqlazov kimi oyuçularla  meydana çıxdığından qürurla danışırdı.

Rafiq Əlizadənin futbol karyerasında 15 mövsümdə 211 oyun keçirib və hesabına 13 qol yazdırıb.

1973-c ildə Tiraspolun “Zvezda”, 1975- ci ildə Odessanın “Çernomorets” komandalarında oynayıb. 1976-cı ildə yenidən Bakının “Neftçi” komandasına qayıdıb. Elə həmin il komandanın güclülər dəstəsinə vəsiqə qazanmasına yardım edib.

 Futbol karyerasını 1989-cü ildə bitirən Rafiq Əlizadə  sonradan məşqçi, texnik direktor kimi meydanlara qayıdır. Uzun müddət Moskvada “Dina” komandasının idman direktoru işləyib.

.Rafiq Əlizadə SSRİ idman ustası və  Rusiyanın əməkdar məşqçisi idi.   

Yanvarın 6-da Moskvada qəfil dünyasını dəyişib.

Tanınmış futbolçumuzun qəfil və vaxtsız ölümündən kədərlənir, Moskvada yaşayan azərbaycanlı ziyalıları adından mərhumun ailəsinə, yaxınlarına və futbol camiəsinə başsağlığı veririk.

Allah rəhmət eləsin!

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir