Rusiya DIN-dən MDB ölkələrinə ultimatum


 

Qanunsuz  miqrantlarını geri götürsünlər

RF Daxili İşlər Nazirliyi MDB ölkələrindən iyinun 15-nə kimi  qeyri-leqal miqrantlarını geriyə götürməsini  tələb edib. Bu haqda RİA Novosti  DİN birinci müavini Aleksandr Qorovoyun bəyanatına əsasən məlumat verib.   

Nazir müavininin sözlərinə görə Rusiya ərazisində 1 milyondan artıq qeyri-leqal miqrant var. Qurumun məlumatında  deyilir ki,  belə miqrantların  çoxu Özbəkistandan olanlardır. Onların sayı 332 min nəfərdir. Sonra Tacikistan, Ukrayna, Azərbaycan və Qırğızıstan gəlir.

Daxili İşlər Nazirliyindən  xatırladıblar ki,  koronavirus  pandemiyasından dolayı öklədən çıxarılmanın uzadılması tədbiri   iyunun 15-nə  kimi davam edir. Bu müvəqqəti tədbirin zamanı bitənə qədər miqrantlar özləri Rusiyanı tərk edə bilərlər. Lakin  iyunun 15-dən sonra kölgədə qalan miqrantlar üzə çıxmasalar onlara qarşı qanuni ölçü götürüləcək.  

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir