Samarada “Azərbaycan Mədəniyyəti günləri” çərçivəsində ADR-in 103 illiyi münsibətilə möhtəşəm gecə keçirilib


Şirvan Kərimovun sədrlik etdiyi Samaradakı  Azərbaycan diasporu Qarabağ Zəfərindən sonra  Demokratik Respublikamızın yaranması gününü  möhtəşəm tədbirlə qeyd edib.

Samara şəhər dairəsi  administrasiyasının dəstəyi və   Samara vilayəti Azərbaycanlıları Liqasının  təşəbbüsü, təşkilatçılığı ilə  28 May Azərbaycan Demokratik Respublikasının (ADR)  103-cü ildönümü münasibətilə  keçirilən qələbə ruhlu tədbir elə   “Qələbə” mədəniyyət sarayında baş tutub.

Pandemiya dövründə təmirə görə dayandırılmış  Samara şəhər “Qələbə” Mədəniyyət sarayı qapılarını  vilayət qubernatorunun  hədiyyəsi olaraq təmənnasız ilk  azərbaycanlılaırn  təntənəli gecəsi üçün açıb.

“Azərbaycan Mədəniyyəti günləri” çərçivəsində  Samara Quberniyasının  170 və ADR-in yaranmasının 103 və eləcə də  dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə  həsr olunmuş  təntənəli bayram gecəsində Samara  vilayəti hökümət nümayəndələri, ictimai xadimlər və müxtəlif millətlərin təmsil olunduğu   milli-mədəni  ictimai təşkilatların liderləru,  fəalları iştirak ediblər.

Üç tarixi  ildönümünün  bir arada keçirildiyi üç hissədən ibarət o tədbirı də üç dövlət telekanalı-  Rusiya Dövlət  Teleradioşirkətinin “Rossiya”, Samara viayətinin “Quberniya”, və Samara şəhərinin “GİS” kanalı işıqlandırıb.

Onu da  qeyd etmək yerinə düşər ki, Samara vilayətində ənənəyə çevrilmiş  “Azərbaycan Respublikası günləri”  Samara bölgəsi və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsində əhəmmiyyətli rol oynayır və   xalq diplomatiyasının aktiv vasitəçiliyi ilə vətəndaş cəmiyyəti institutları arasında geniş perspektivlər açılmasına imkan yaradır.

Təntənəli musiqli bayram gecəsininin  şeirli-nəğməli qonaqları   tədbirə ev sahibliyi edən Smara Azərbaycanlıları Liqası nəzdində fəaliyyət göstərən  yaradıcı kollektivlər olub.

Dahi Nizaminin 880 illiyinə həsr olunmuş  ədəbi məclisdə  onun yaradıcılığından  danışılıb, şeirləri, qəzəlləri səsləndirilib. “Respublika günü”nə həsr olunmuş  konsert proqramı   LİQA-nın nəzdində fəaliyyət göstərən   “Xəyal” və “Alpan”  rəqs kollektivlərinin maraqlı, rəngarəng rəqsləri ilə keçib.

Gecənin nəğməli qonaqları da yenə  Samara vilayəti Azərbaycanlıları Liqasının yetirmələri,  Beynəlxalq musiqi festivallarının laureatları –Aida Əkbərova, İntiqam Abdullayev, Liqa idarə heyətinin üzvləri Rövşən Quliyev və Asif Bakinskinin  bir-birindən gözəl ifaları  ədəbi-musuqili gecənin iştirakçıları tərəfindən  alqışlarla qarşılanıb.

Və sonunda bunu demədən keçmək olmaz.  İllər  əvvəl  “Biz haradayıqsa Azərbaycan və onun ayrılmaz hissəsi Qarabağ da bizmlədir, ordadır” nisgilli  nidası hopmuş “Qarabag şikəstəsi” ilə bitən bayram gecəsi bu dəfə  “Qarabağ Azərbaycandır”  coşqulu sevinclə yekunlaşıb.

Samaranın “Qələbə” adlı sarayından Qələbəyə ad- ünvanı olan Azərbaycana  Samara Vilayəti Azərbaycanlıları Liqasından  salam olsun! Bu səpkili tədbirlərə  layiqli imzasını qoyan Şirvan Kərimovun rəhbərlik ediyi  Rusiyanın seçilən, fəaliyyətləri  örnək olan  təşkilat  təqdir və təşəkkürünü   “Rossiya” dövlət kanalında  xəbər olmaqla alıb.

Tünzalə Vəliqızı

Yenises.ru

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir