TÜRKİYƏ “TEK YÜREK” –çağırışıyla TƏK ÜRƏK oldu


Gecənin şüarının davamı isə çoban Şaban Usdan gəldi. “Paylaşdığın  sənindir, yığdığın deyil” .

Millət olaraq ən ağır gündə birləşə, yardımlaşa, haraya çata bilirik. Türkiyənin “Əsrin fəlakəti” ilə sınandığı bir vaxtda bu bütün barizliyi ilə ortaya çıxdı. O vahiməli zəlzələ təkcə sosail durum (qəfil faciə varlıya yoxsula, məmura gözətçiyə baxmaz) ayrılıqlarını sıfırlamaqla qalmadı, onun nəticələrini aradan qaldırmaqla,  zərərçəkənlərinə dəstəklə bizləri bir araya gətirdi.

TRT1, ATV, FOX, Kanal D, Kanal 7, Show TV, Star TV ve TV8 başda olmaqla ölkə daxilində və xaricindən  213 televiziya  kanalı ilə  562 radioda yayımlanan kampaniya ilə zəlzələdən zərərçəkənlərə  yardım toplamaq üçün ortaq canlı  yayıma start verdilər.

Fevralın 15-də saat 20:00-da başlayan canlı yayım 16 fevrala keçən gecə saat 3-ə kimi davam etdi. Təxminən 8 saata qədər davam edən “Tək Yürek” yardımtoplama kampaniyasında 10 milyona yaxın sms- (hər bir sms-in dəyəri 50 türk lirəsi) və 115 milyard lirəyə yaxın pul toplandı. (Yardımların hələ davam etdiyi bildirilir və toplanan vəsait evləri dağılmış fəlakət magdurlarına  isti yuva qurmaq – bir ilin içində yeni bir şəhər salmaq üçün istifadə ediləcəyinin də  altına xətt çəkək).

Proqrama moderatoluğu Nihat Hatipoğlu, Pelin Çift, Deniz Bayramoğlu, Nazlı Çelik, Acun Ilıcalı, Didem Arslan Yılmaz, Çağla Şikel ve Tümer Doğru öz üzərlərinə götürdülər.

Yardımtoplama gecəsinə  tanınmış   proqram aparıcıları və  türk serial (dizi) aktyorlarından Barış Arduç, Berk Oktay, Burak Özçivit, Alişan, Deniz Baysal, Hande Erçel, Engin Akyürek, Esra Erol, Afra Saraçoğlu, Burak Deniz, Alp Navruz, Aslı Enver, Merve Dizdar, Barış Falay, Selahattin Paşalı, Özge Özpirinçci, Uğur Güneş, Murat Yıldırım, Mehmet Özgür, Birkan Sokullu, Cem Öğretir, Eda Ece, Melisa Aslı Pamuk, Serdar Tuncer, Hüsnü Şenlendirici, İsmail Hacıoğlu, Kadir Doğulu ve eşi Neslihan Atagül Doğulu, Seda Sayan, Sibel Can, Hasan Can Kaya, Yılmaz Erdoğan, Eser Yenenler, Aras Bulut İynemli, Demet Özdemir, Ezgi Mola, Halit Ergenç studiyaya gələn  isimlər arasında yer aldı. Ekranın məhşur simaları yardım üçün gələn telefon zənglərini cavablandırdılar.

Yayımın davamında Kıvanç Tatlıtuğ, Murat Boz, Ebru Gündeş, Erkan Petekkaya, Sedef Avcı, Engin Altan Düzyatan, Serenay Sarıkaya, Esra Ketenci, Sümeyye Aydoğan, Hilal Anay, Mert Ramazan Demir, Mehmet Yalçınkaya, Zuhal Topal, Barış Kılıç, Feyyaz Şerifoğlu, Rojda Demirer, Kaan Urgancıoğlu, Kubilay Aka, Pınar Deniz, Canan Ergüder, Doğa Rutkay ve Binnur Kaya telefon zənglərinə cavab verən sənət yoldaşlaırnı əvəz etdilər.

Kampaiyaya ən böyük  miqdarla qatılan Türkiyə Cümhuriyyət Mərkəz Bankı  oldu. Bu günə qədər etdikləri yardıma bu gecə 30 milyard lirə də əlavə edib  yardım üçün açılmış AFAD və ya KIZILAY hesabına keçirtdilər.  Ziraat Bankı 20 milyard lirə, VakıfBank 12 milyard lirə, Halkbank 7 milyard lirə, Müdafiə Sənayesi nazirliyi və ona bağlı  şirkətlər 3,6 milyard lirə, Turkcell 3,5 milyard lirə, Cengiz Holding 2,5 milyard lirə, Türk Telekom, TMSF, Borsa İstanbul a Qruiu ilə Türkiyə Sigorta da ayrı-ayrılıqda  2 milyard lirə bağışladı.

Kampaniyanın ikinci saat dilimində THY ve Baykar  da  hər biri 2 milyard lira, Ziraat Katılım 1 milyard lira ilə yardımçılar sırasına girdilər. .

“Türkiye Tek Yürek” kampanyasına Vakıf Katılım ve Emlak Katılım bankları  ilə Emlak Konut da  1 milyard lirə yardım etdilər.

Siyasi partiyalar da yardım kampaniyasına  qatıldılar

CHP  rəhbəri  Kemal Kılıçdaroğlu, ”Türkiye Tek Yürek” kampanyasına ”İmkanım daxilində  bir maaşımı daha bağışlamaq istiyorəm. Bu kampaniyanı başlatdığınız üçün də Sizlərə təşəkkür edirəm”-dedi.

İYİ Parti lideri  Meral Akşener– Allah’ın Türk millətinə başkqa acılar  göstərməsin, birimiz hamımız, haməməz birimiz üçün”-deyərək  özü və həyat yoldaşı adına  bir aylıq maaşlarıyla yardıma dəstək oldular.

 DEVA Partiyası  rəhbəri  Ali Babacan, yerli idarəetmə, mərkəzi hökümət, qeyri-hökümət təşkilatları və könüllülər  çiyin-çiyinə bu çətinliklərin öhtəsindən gələcəyik- sölərini dilə gətirdi və yardıma həyat yoldaşı ilə birlikdə bir aylıq  maaşlarını  bağışladılar.

BBP lideri  Mustafa Destici, bu acılı günlərin birlik, bərabərlik və dayanışmayla aşılacağını vurğulayaraq, ”Daha əvvəl  bir maaşımı bağışladığımı ifadə etmişdim.İndi də əlavə olaraq  xanımım  və öz adıma bir maaşımı, övladlarım  adına bir 50 min lira, ayrıca 500 min lira bağışlayıram” dedi.

Demokrat Partiyası başçısı  Gültekin Uysal  baş verən  bu fəlakət qədər  insanları bir-birinə bağlayan hiçbir şey olmadığını bildirdi. Uysal, ”Bu fəlakət könüllərimizi birlikdə atar hala gətirdi. Mən də  3 maaşımı bağışlayıram”-diye danışdı.

Sabiq maliyyə naziri  Mehmet Şimşek bir illik maaşını bağışlarkən, Məmləkət Partiyası lideri  Muharrem İnce ve Zəfər  Partiyası rəhbəri  Ümit Özdağ da  bir aylıq  maaşlarını bağışladıqlarını açıqladılar.

Keçmiş  baş nazir  Tansu Çiller  kampaniyaya 1 milyon lira bağışlayaraq yardıma qoşuldu.  

   Duyğulandıran  yardımlar

“Türkiye Tek Yürek” kampaniyasında göz yaşardan  yardımlar  Türkiyənin hər yerindən  evləri yerin dibinə batıb həyatları yerlə-yeksan olan həmyaşıdlaraına dəstək olaraq pul daxıllarını qırıb  içindəki  pulları paylaşmaq istədikləri oldu. O kiçik yaşlı uşaqlar səhərə kimi yatmadılar.

Həyəcan doğuran mesajlardan biri də  fiziki qüsurlu olan birinin  yardıma qatılmaqla qalmayıb, özü kimi  əngəlli olaları bu kampaniyaya qoşulmağa çağırmasıydı. 

Çoban Şaban Us isə qoyununu satıb yardım üçün göndərdi. Verdiyi mesaj isə gecənin şüarına damğasını basdı demək olar.

“PAYLAŞDIĞIN SƏNİNDİR, YIĞDIĞIN DEYİL!”

 BM Genel Sekreteri Guterres: “Bütüm dünyanı sizə dəstək olmaya çağırıram”

Birleşmiş Millətler (BM) baş katibi  Antonio Guterres  görüntülü olaraq ortak yayıma bağlandı.  “Türkiyə, ölkəsində ən çox sayda  məcburi köçkünə ev sahibliyi edən və qonşu Suriyaya  bənzərsiz çomərdlik sərgiləyən bir ğlkədir. İndi bütün dünyanı  sizə dəstək oımağa çağırıram”-deyə səsləndi.  

Bütün türk xalqı gerçəkdən TƏK ÜRƏK oldu.  Gecə boyu yardım telefonları susmadı.

Belə bir xalqın nümayəndəsi olduğum üçün qürur duyuram ifadələri səsləndi dəfələrlə insanların dilindən.

O qırdıqları daxıldan çıxan ən kiçik yardımları, cibində qalan ən son pulunu, satdığı smit parasını verdikləri yardımın mənəvi dəyəri ölçüyə gəlməzdi. Və o kiçik yardımla verdikləri mesaj- əsas canınla, ürəyinlə olanını olmayanla paylaşmaqdır!

Tünzalə Vəliqızı, Moskva
16.02.2023


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir