Zelenski NATO Və AB-də Ukraynanı qonaq kimi görmək istəmir


Zelenski Avropa Birliyindən konkret olaraq, onlara qarşı hansı münasibətdə olduğunu bilmək istəyir. Ya qeyd-şərtsiz bizi üzv edəcəksiniz, ya da…

Ukraynanı hazırda şərtsiz NATO və AB sıralarına qəbul etmək onun subyektiv varlığını təmin edər-deyə Vladimir Zelenski bəyan edib. O öz ölkəsinə  başqalarıyla  bərabər  münasibət  gözləyir.

Ukrayna Avropa Birliyinin tərkibinə daxil olmalı və NATO  Üzvülük Fəaliyyəti Planını  almalı, bu təşkilatlarda  qonaq kimi deyil, özününkü kimi hiss etməlidir. Ukryana prezidenti bu sözləri  Fransaya səfərində  Emmanuel Makronla danışıqlar zamanı  “Le Fiqaro”  qəzetinə  müsahibəsində  dilə gətirib.

“Mən indi nə gözləyirəm?  Mən çox istərdim ki, Avropada Ukraynanı necə qiymətləndirdikləri  haqda yüz faizli düşüncələri olsun. Əgər Ukraynanı Avropa Birliyində görmək istəyirlərsə,  bunu  açıq bildirməlidirlər. Yoxsa  gələcəkədə Ukrayna  birinci, iknci, üçüncü, dördüncü, beşini, altıncı.. və s. nələri  edəndən sonra yox. Əgər  istənilən ökənin təhlükəsizliyi  Alyansın üzvülüyünə bağlıdırsa, o zaman Üzvlük Fəaliyyəti Planı və AB istiqamətində addım atmaq  lazımdır”-deyib Zelenski.



O, onu da qeyd edib ki, söhbət Avropanın təhlükəsizliyindən gedir.

“Əgər AB  liderləri deyirsə ki,  Avropanın təhlükəsizliyi Ukraynadan asıllıdır  və   biz buna görə qurbanlar veririksə, 14 mindən çox adam ölübsə,  o zaman hansısa statusumuz olmalıdır. Ukrayna özünü AB  və NATO-da qonaq kimi hiss etməməlidir. Biz özümüzünkü olmaq istəyirik. Hesab edirəm ki, bizim buna çoxdan haqqımız var”-deyə Zelenski bəyan edib.


O, onu da vurğulayıb ki,  Ukrayna  AB üzvü statusunda olarsa, özünü subeykt hiss edər.  “Mən Fransanı qüdrətli ölkə sayıram.  O-subyektdir. Bizim də bərabər  münasibətlərimiz olmalıdır- bax bunu gözləyirəm”

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir