Əsl və Əsil jurnalist dostlarıma Milli Mətbuat günü münasibətilə Afaq Şıxlıdan


Buymuş qəlbimizə daman –
Yaman gəlib bizim zaman:
Gələn nadan, mühit xırman,
Biz daha heç nə yazmayaq.

Haray düşüb qələm üstə,
Yoluq şeir, dınqır bəstə…
Oxuyanlar ondan xəstə,
Biz daha heç nə yazmayaq?

Mürəkkəbin özü qara,
Yalançının üzü qara.
Lafı bizdən uzaqlara,
Biz daha heç nə yazmayaq…

Sözü ucuz bilmək – ayıb!
Sözdən düşən ucalmayıb!
“Yazar” çox, Yazan qalmayıb!
Biz daha heç nə yazmayaq!..

Qələm nədir – bilən bilər,
Qələminə şərəf dilər!
Yazdı getdi Zərdabilər…
Biz daha heç nə yazmayaq!

22.07.2023.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir