Peterburqda “Spar” mağazalar şəbəkəsininn ortaqlarından biri saxlanılıb
Sankt -Peterburqda Federal Təhlükəsizlik Xidməti “İntertorq” Ticarət Evi kompaniyasının ortaqlarından olan Allahverdi Abdullayevi “Sberbank”ın 8 milyadr rubl pulunu mənimsədiyinə görə saxlayıb. RBK-ya bu haqda Sankt-Peterburq Daxili işlər nazirliyinin baş idarəsindəki mənbə məlumat verilib.
Təçkilatın əməkdaşlarının evində 30-dan çox axtarış əməliyyatı keçirilib. Mənbənin verdiyi məlumata görə axtarış ötən il RF DİN istintaq departamentinin fırıldaqçılıq və böyük miqdarda pul mənimsəmə maddəsi ilə qaldırdığı cinayət işi əsasında həyata keçirilib.
Federal Təhlükəsizlik xidməti Allahverdi Abdullayevlə yanaşı “İntertorq” Ticarət Evinin hüquqşünası və maliyyə direktorunu da saxlayıblar. Bundan əlavə şirkətə xaricdən maliyyə dəstəyi verən şəxs də tutulub.
İstintaq versiyasına görə “İntertorq” kompaniyasının nümayəndələri gəlir və maliyyə vəziyyəti haqqında təsdiqlənməmiş informasiyalara əsaslanan saxta sənədlər təqdim edərək Şimal-Şərqi “Sberbank” bankının 8 milyard rublunu mənimsəyiblər.