“Azərbaycana xoş gəlmisiniz” lövhəsi erməniləri təşvişə salıb
Dekabrın 28-də Azərbaycan tərəfinin qonşu respublikanın Gorus şəhərindən Syunik vilayətinin Vorotan kəndiinə gedən yolda qoyulmuş xəritə və yol işarəsi lövhəsi Ermənistanda böyük narahatçılığa səbəb olub. Bu narahatçılığı Ermənistanın ombudsmanı Arman Tatoyan dilə gətirib.
“Həmçinin yolun həmin istiqamətində Vorotan kəndi yaxınlığında Azərbaycan bayrağının asılması da bura daxildir. Bu yaşayış məntəqələrinin sakinləri İnsan haqları müdafiəçi aparatına özlərinin can təhlükəsizliyi, mal varlığı və digər həyati əhəmiyyətli hüquqları ilə bağlı narahatçılğını bildiriblər”-deyə ombudsman qeyd edib.
O da bilririlir ki, Ermənistan insan haqları müdafiəsi aparatında baş verən hadisə ilə əlaqədar “ətraflı araşdırma” aparılıb.
“Məlum olub ki, Azərbaycan hərbçilərinin “Azərbaycana xoş gəlmisiniz” yazılı yol istiqaməti lövhəsi Ermənistanın sərhədyanı yaşayış məntəqələrinin ortasında quraşdırılıb.
Təsvir olunan xəritədə Syunik vilayətinin böyük bir hissəsi və Ermənistanın bir sıra yaşayış məntəqələri Azərbaycan ərazisi kimi göstərilir. İstənilən halda bu belə bir təsəvvür yaratmaq üçün edilib. Yol istiqaməti lövhəsi bir yaşayış məntəqəsini digər yaşayış məntəqəsi ilə birləşdirən yolda quraşdırılıb-deyə Arman Tatoyan qeyd edib.
Yenises.ru