Moskvada “Vətən” Şeir Müsabiqəsinə start verilir


         Qələm sahiblərinin nəzərinə!

Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı FonduYenises.ru informasiya portalının  birgə layihəsi çərçivəsində,  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə  ”VƏTƏN”  ŞEİR  MÜSABIQƏSI  elan edilir!

  Vətən  mövzusuna həsr olunmuş  Şeir müsabiqəsinə 15 noyabr 2023-cü il tarixində start veriləcək.

Müsabiqənin şərtləri:

  1. Müsabiqədə, yaşından asılı olmayaraq, Azərbaycanda və Rusiyada yaşayan  şəxslərin iştirakı  nəzərdə tutulur.
  2. Müsabiqəyə  göndəriləcək  şeirlərin bu vaxta kimi  heç bir saytda  dərc olunmaması tələb olunur.
  3. Şeirlər Аzərbaycan və rus dillərində, 3-7 bənddən artıq olmayaraq  təqdim edilə bilər.
  4. Göndəriləcək  şeirlərin  word proqramında olması mütləqdir.
  5. Müəllifdən özü haqqında qısa məlumat (adı, soyadı, doğum tarixi, yaşadığı yer və peşəsi) yazması xahiş olunur.

  Şeirlərin  qəbulu  dekabrın ayının 15-dək davam edəcək!

  Müsabiqənin şərtlərinə əsasən iştirakçılar arasından  5 nəfər  qalib seçiləcək.

Müsabiqənin gedişini Yenises.ru saytından izləyə bilərsiniz!

           Qaliblərin adı dekabr ayının 28-də açıqlanacaq!

I yer           – 1 nəfər   (Diplom və Pul mükafatı)
II   yer        – 2 nəfər   (Fəxri-Fərman və Dəyərli hədiyyə)
III  yer        – 2 nəfər   ( Təşəkkürnamə və Dəyərli hədiyyə)

Şeirləri aşağıdakı ünvanlardan birinə göndərin:

yeni_ses@mail.ru
a_shixli@mail.ru
sservi77@mail.com

Münsiflər heyəti:

Аfaq Şıxlı
Südabə Sərvi
Zirəddin Rzaev
Cəfər Sadıq
Şamil Qurbanov
Tünzalə Vəliqızı

Müsabiqənin sponsoru  AMİF-in sədri  ŞAMIL QURBANOVDUR!

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir