Sankt-Peterburqda M.Ə.Rəsulzadənin 140 illiyi qeyd olunub


Rusiyanın Sankt-Peterburq şəhərində M.Ə.Rəsulzadənin 140 illiyi ilə bağlı konfrans kecirilib. Rəsmi və bədii hissədən ibarət tədbir Azərbaycan Respublikası prezidentinin Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd edilməsi ilə bagli sərəncamina muvafiq olaraq təşkil olunub.

“Moskva” otelinin konfrans zalında təşkil olunan tədbir Rusiyada fəaliyyət göstərən “Cinar ” Milli-Mədəni Mərkəzinin sədr muavini Ulviyyə Abbasovanın təşəbbüsü və Rusiya- Azərbaycan mədəni və humanitar əməkdaşlıq mərkəzinin sədri Eldar Əlizadənin birgə səyi nəticəsində baş tutub.


Azərbaycan dövlət himni ilə başlayan tədbirə Rusiyada yaşayan soydaşlarımız, elm xadimləri, rusiyalı araşdırmacı alimlər, müxtəlif xalqların diaspor nümayəndələri qatılib. Tədbirin xüsusi qonağı isə Turkiyədə yaşayan soydaşımız tarix elmləri namizədi, Cumhuriyyət dönəmini arasdıran və o dovrün dəyərli arxıv materiallarının kolleksiyasina sahib Dilqəm Əhməd olub.


“Cinar” Milli Mədəni Mərkəzinin sədri, Sankt-Peterburq Dövlət Universitetinin müəllimi Xeyransa Mirzəyeva qonaqlari salamlayaraq, Azərbaycan dövlətciliyi və ictimai fikir tarixində xüsusi yer tutan M. Ə. Rəsulzadə haqqında danışıb.


Təşkilatcı, filoloq Ülviyyə Abbasova M.Ə. Rəsulzadə ilə bağlı belə bir tədbirin keçirilməsinin ən boyük arzuları sırasında olduğunu, Rəsulzadə irsini vətəndən kənarda yaşayan gənclərimizə aşılamagın vacibliyini dilə gətirib.


“Musa Əfəndi və Azərbaycan Demokratik Cümhuriyyətinin qurucuları” mövsuzunda cıxış edən alim Almira Tahircanova babası, dövrünün parlaq ictimai xadimi, M.Ə. Rəsulzadənin Rusiyadan Finlandiyaya kecməsində şəxsən yardımcı olmuş Musa Əfəndinin (Musa Biqeyev) fəaliyyəti, Rəsulzadə ilə görüşləri haqqinda maraqlı məruzə edib, tarixi fotolar, arxiv materiallarini numayiş etdirib.


Tədbirdə rusiyali tarixçi alimlər Aleksandr Serqeyevic Puncenkov, Vladimir Viktorovic Mixaylovun da məruzələri diqqət cəkib.

Sankt-Peterburq Dovlət Universitetinin muəllimi, soydaşımız türkoloq Şahnaz Kamal isə “Azərbaycancılıq ideologiyasının qurucusu M.Ə.Rəsulzadə” mövsuzunda çıxış edib.

Tədbirə Türkiyədən dəvət olunan Dilqəm Əhməd tədbir iştirakçılarını M.Ə.Rəsulzadə ilə bağlı arxiv materialları, şəxsi kolleksiyasına aid fotolarla tanış edib. Onun M.Ə.Rəsulzadənin heç yerdə olmayan fotolarını əldə etməsi, cühuriyyəıtimizin qurucusu haqqında söylədiyi tarixi faktlar qonaqların, xüsusilə gənclərin böyük marağına səbəb olub. Cıxışının sonunda coxsaylı sualları cavablandıran Dilqəm Əhməd tədbirin təçkilatçılarına müəllifi olduğu kitabları hədiyyə edib.

Bədii hissədə “Cinar” və “Naz” rəqs ansamblları milli rəqslərimizi ifa ediblər. İstedadli gənc soydaşımız, Sankt_Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımovun səsi ilə hər kəsi valeh edib.

Sonda təşkilatcılar Eldar Əlizadə və Ülviyyə Abbasova yekun cıxışlarında tədbirin ərsəyə gəlməsində dəstək olən hər kəsə təşəkkur ediblər.

Hicran Qurbanlı,
Sankt-Peterburq
21.04.2024


Bir cavab yazın