Ulyanovsk vilayəti üzrə Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti Yeni il ərəfəsində hərbçiləri və uşaqları unutmadı


Ulyanovsk vilayəti qubernatorunun müşaviri,  Ulyanovsk Azərbaycanlıları  Milli -Mədəni Muxtariyyətinin rəhbəri İslam Hüseynov Yeni il ərəfəsində Ulyavsk qubernatorunun müavini  Korobko Aleksandr Mixayloviçlə birgə Xüsusi Hərbi Əməliyyat (SVO) zonasında yaralanan  əsgər və zabitlərin müalicə aldıqları hərbi hospitalı ziyarət ediblər.

Əsgər və zabitləri Yeni il bayramı ərəfəsində yalnız buraxmayan qubernator müavini və diaspor rəhbəri onların səhhəti ilə maraqlanıb və hərbçilərin canı bahasına verdikləri mücadilənin əvəzolnmazlığını vurğulayıblar.

Quberatorun müavini A. Korobko və UAMMM-nin sədri İ. Hüseynov vətənin daxili, xarici təcavüzdən qorunması yolunda  aparılan mübarizənin oncüllərini Yeni -2024-cü ilin gəlməsi münasibətilə təbrik edib, onlara bayram hədiyyələri veriblər. Təkcə bayram günlərində deyil, hər zaman onların yanında olduqları qeyd edən yetkililər, hərbiçilərin tezliklə sağalıb sıralarına dönmələrini arzulayıblar.

***

Ulyanovsk Azərbaycanlıları Milli -Mədəni Muxtariyyəti  Yeni il qabağı uşaqları da unutmayıblar. Xərçəng xəstəliyindən əziyyət çəkən, bu amansız xəstəliyin nə olduğunu anlamadan ona kiçik yaşda yaxalanan uşaqların müalicə aldığı Ulyanvsk Uşaq Oknologiya  xəstəliklərinin  müalicəsi mərkəzinə «Şaxta Baba»nın hədiyyəsi ilə gediblər.  «Kəhrəba işıq» («Янтарный свет») xeyriyyə fondunun rəhbəri Flora Jdıxanova ilə birgə  xəstəliyin müvəqqəti olaraq bayram sevincindən məhrum  etdiyi körpələrə əsl Şənlik bəxş ediblər.

Diaspor rəhbəri İslam Hüseynov uşaqlara Yeni il sövqatı paylayan Şaxta Baba geyimində onları hədiyyələrlə sevindirib.  Gələn ilin bu körpə fidanların həyatında ümid ili olmasını və tezliklə sağlamlıqlarına qovuşmasını arzulayan heyət, xəstəxananın rəbərliyi başda olmaqla, bütün  kollektivə çətin və məsuliyyətli işlərində uğurlar diləyərək oradan ayrılıblar. 

Tünzalə Vəliqızı
Ulyanovsk-Moskva
30.12.2023


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir