Azərbaycanin Milli Qəhrəmani General Polad Həşimovun və…


 Qarabağ savaşında Şəhid olmuş bütün Qəhrəmanlarımııin anısına…

“Ölüm var ki, həyat qədər dəyərli,

Həyat var ki, ölümdən də zəhərli…”

Hüseyn Cavid

Bütün müharibələr həm öz qəhrəmanını yetişdirir, həm də xainlərini. Əslində qəhrəmanlıq bəlkə də genetik bir məfhumdur. Hər zaman qan yaddaşının sirrli-sehrli gücünə inandım. Çin əsarətinə qarşı Kürşad və 40 ərinin ağlasığmaz qəhrəmanlığının yenidən doğuluşu bir xeyli zaman almışdı. Və bütün bu sisi, dumanı yararaq hər şeyi aydınladan qəhrəmanların Dirilişinədəkdir tarix və yaddaş məsafəsi. Biz Türklərdə qəhrəmanlıq kultu hər zaman güclü oldu. Çoxu zaman zərərimizə belə işlədi. Nədən desəniz? Çünki geniş xalq kütlələri birər qəhrəmana dönüşmək əvəzinə tək bir qəhrəmanın ümidinə sığındılar. Tariximizi untmamaq, düşmənlərimizin içimizə sızıb xain dostluqlar yapa bilməmləri , tökülən qanlarımızın qisasını alıb torpaqlarımızı sevgili Yurd etmək adına SAVAŞMALIYIQ. Sosial şəbəkələrdə deyil, elm-irfan cəbhəsində, düşmənlərimizdən güclü mədəniyyət, Dövlət, Ordu inşa edərəkdən.

 Xalq qəhrəmanı- sahibi əz zamanlar, İsalar, ağ atlı oğlanlar intizarına düçar olmaqla deyil, birər-birər qəhrəmanlar olmaq əzmiylə. Qaçaq Kərəm öldü-ümidlər öldü biz bunu illərdir yaşamışıq və hələ də yaşayırıq. Oysa birlik olununca elə hamı Qaçaq Kərəm, Sultan Bəy Sultanov, Əhməd Bəy Ağaoğlu, “Difai” fədailəri olacaq. O zaman qulağı kəsilənlər də yenə androniklər olacaq.

İkinci Qarabağ Savaşının qəhrəmanları da gücünü genetik olaraq ulu babalarından almış. Vətən müharibəsinin uğuru qəhrəmanlara möhtacdır hər zaman. Müharibənin gözə görünməyən, yüksək ruh enerji yaradan elə qanunları var ki… Tək əldən səs çıxar bir baxarsan. Həm də eləsinə ki, bu tək sonradan çoxa çevrilər. Milli Qəhrəman Mübariz İbrahimov, general Polad Həşimov örnəyində. Kim nə deyir desin, İkinci Qarabağ Savaşının inanılmaz, yüksək vətənpərvər  duyğular dalğasında yüksələn ruh qaynağımız məhz bu iki qəhrəmanımız oldu. Onların cəsurluğu bütün Azərbaycan gəncliyi tərəfindən modelləndi və minlərlə  qəhrəmanlar yetişdirdi. Lap Himnimizdəki kimi:

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu!

Bu gün illərlə həsrətində olduğumuz Milli Həmrəyliyin xoş ovqatındayıq. Bu Həmrəylik toplumun bütün kəsimlərini qucaqlayan Əməl Birliyinə çevrilməsə, nə şəhid qəhrəman övladlarımız bizi bağışlayacaq, nə də Tarix. Himnimizdə deyildiyi kimi artıq Vətənimizdə HƏRƏ BİR QƏHRƏMAN OLDU! Könül istərdi ki Çəng Meydanında olan qəhrəmanlarımız, Diplomatiya, Təhsil, Elm irfan cəbhəsində də var olsun. Çünki dörd bir tərəfimiz düşmənlə sarılı, hüdudlarımız Rus Ordusunun təhdidi altındadır. Düşmən məğlub olsa da marıtdadır. Aman verməyək düşmənlərimizə!

Və son olaraq… Bu gün Milli Qəhrəmanımız, şəhid generalımız Polad Həşimovun Anım günüdür. Cismən aramızda olmasa da qəhrəmncasına şəhadətiylə yeni Poladların Dirilişinə vəsilə oldu. Əlbəttə bütün ölümlər erkəndir, qoxunun burnunda tutan ağ saşlı Anan, sevdiyin qadın, ailən, səni dörd gözlə gözləyən övladların üçün…

Bu üzdən:

“Ağlamak,

Bazı acılarda yetmez,

Bazı ölümlere..” (Özdemir Asaf)

Məhəmməd İsrafiloğlu

Ukrayna

14.07.2021


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir