Putin: Rusiya Türkiyə münasibətləri tam olaraq bərpa olunur


Putin: Rusiya Türkiyə münasibətləri tam olaraq  bərpa olunur
Rusiya-Türkiyə münasibətləri geniş həcmdə bərpa olunur. Bu barədə Rusiya prezidenti Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Soçidəki görüşü zamanı deyib.

“Münasibətlərimiz biz sizinlə planlaşdırdığımız kimi inkişaf edir. Çox yaxşıdır ki, bizim sizinlə işgüzar rejimdə görüşmək, ikitərəfli münasibətlərdən, xüsusilə beynəlxalq gündəm, o cümlədən Suriya böhranı kimi kəskin məsələlərdən danışmaq imkanımız var””-deyən Rusiya lideri onun dəvətini qəbul edib Soçiyə gəldiyi üçün Ərdoğana minnətdarlığını bildirib.

Putinin sözlərinə görə “”birlikdə iş rejimi faktı ondan xəbər verir ki, rus-türk münasibətləri xüsusi xarakter, xüsusi status alır və tam formatda bərpa edilir””.

Görüş zamanı Putin həmçinin, Ərdoğanı Türkiyədəki konstitusiya referendumunun nəticələrindən dolayı təbrik edib.

Onun sözlərinə görə Türkiyənin daxili siyasi vəziyyəti bərpa olunacaq və bu irəliləyən zamanlarda rus-türk münasibətlərinin inkişafı üçün əlavə şərtlər yaradacaq.

“”Nəzərə alaq ki, bizim sizinlə etdiyimiz bir çox şeylər konseptual xarakter daşıyir və parlamentimizin də bunu təsdiq etməsi vacibdir””-deyə Putin izah edib.

Yenises.ru


Bir cavab yazın