Namaz qılanlara olar, pravoslav xristiyanlara olmaz!
Pravoslav xristianları bu gün qeyd etdikləri Milad (Pasxa) Bayramı zamanı qarşılaşdıqları qadağaya bu cür etiraz ediblər.
Moskva Dövlət Universitetinin Şəhid Tatyana Kilsəsinin icması üç onillikdən sonra ilk dəfə gözlənilməz bir əmr alıb: Pasxa gecəsi yürüşü zamanı Jurnalistika fakültəsinin həyətindən kənara çıxılmasına qadağa qoyulub.
İbadət edənlərə yalnız kilsənin ərazisində yürüş etməyə icazə verilib, kilsə ətrafındakı ənənəvi yol isə qadağan edilib. Bu barədə “Çoxmillətli” Telegram kanalı məlumat verib.
“Bu qədər. İstənilən yerdə dua edə bilərsiniz. Amma pravoslav xristianlara artıq kilsə ətrafındakı yürüşdə iştirak etməyə icazə verilmir (həmişəki kimi)”, – jurnalist Natalya Loseva şikayətlənib.
Onun sözləri dərhal sosial mediada yayılıb və dindarlar və müşahidəçilər arasında qəzəbli reaksiyaya səbəb olub.
Mənbələrə görə, qadağa qoyulmasınıa rəsmi səbəb olaraq “COVID məhdudiyyətləri” göstərilib. Lakin, bir çoxları ölkədə əksər anti-COVID tədbirlərinin çoxdan ləğv edildiyi bir vaxtda, əsrlər boyu davam edən pravoslav ənənəsinin qadağan edilməsi, bununla yanaşı ictimai yerlərdə digər dini ayinlərin (harada gəldi namaz qılınmasının) isə maneə törədilməməsi faktından çaşqınlıq içindədirlər.
Yenises.ru
