Çin Rusiya mallarına qadağanı qaldirir
Çin Xalq Respublikası Rusiyadan gətirilən mal və quş ətinə qoyulan qadağanı qaldırıb. Bu haqda Rosselxoznadzor ( Rusiya kınd təsərrüfatına nəzarət idarəsi ) heyvan və bitkilərin qarantini və qida məhsullarının təhlükəsizliyi sferasinda əməkdaşlıq məsəslələri üzrə Rusiya-Çin daimi işçi qrupunun iclasının yekunlarına əsasən məlumat verib.
Pekin mal, quş əti, içalatı və həmçinin bir sira digər məhsullara qoyulan qadağanı aradan qaldırıb-deyə aidiyyatı qurumun məlumatında bildirilir. Məlumatda o da qeyd edilir ki, bu ilin avqust və ya sentyabrında Çin mütəxəssislərinin Rusiyaya gələcəyi gözlənilir.
Ayrılıqda, ÇXR -nın ekspertləri Rusiya ərazisində yayılmış donuzlarda olan afrika vərəmi və iribuynzlu heyvanlarda düyünlü dermatitə nəzarət tədbirləri ilə tanış olacaqlar.
/Yenises.ru/