Ukrayna qazın Avropaya tranziti ilə bağlı yeni bəyanatla çıxış edib


Ukrayna Azərbaycan qazının Avropaya tədarükü üzərində işləyir. Bu barədə Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixiy brifinqdə bildirib.

“Söhbət konkret olaraq Azərbaycan qazından və onun nəqlində Ukraynanın iştirakından gedir. Bəli, doğrudan da, bu iş aparılır”, – o deyib.

Yanvarda Kiyevdə Moldova prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında Vladimir Zelenski Azərbaycan lideri İlham Əliyevlə Ukrayna ərazisindən Azərbaycan qazının Avropaya tranzitini müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, tranzit üçün Ukraynanın qaz nəqli sistemindən istifadə oluna bilər.

Rusiya qazının Ukrayna üzərindən Avropaya tədarükü ilə bağlı müqavilənin müddəti dekabrın 31-də başa çatıb. Kiyev bu müqavilənin hətta üçüncü ölkələr tərəfindən satınalmalar üçün də uzadılması imkanını rədd etdi. Nəticədə yanvarın 1-də Moskva vaxtı ilə saat 8:00-dan etibarən “Qazprom” qonşu ölkədən tranzit üçün qaz tədarükündə texniki və hüquqi imkanlarını itirdiyini vurğulayaraq nəqli dayandırıb.

İndi avropalılar üçün Rusiya boru kəməri qazının yeganə mənbəyi “Türk axını”ndan yanacaq alan “Balkan axını” olaraq qalır. Hər il Rumıniya, Yunanıstan, Şimali Makedoniya, Serbiya, Bosniya və Herseqovina və Macarıstana təxminən 14-15 milyard kubmetr qaz tədarük edilir.

Yenises.ru